Accessibility links

Bakıda fotoqraf Rza Diqqətinin “Caspian Dream” adlı sərgisi açılıb


Bakıda fotoqraf Rza Diqqətinin “Caspian Dream” adlı sərgisi açılıb
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Bakıda fotoqraf Rza Diqqətinin fotolarından ibarət “Caspian Dream” adlı sərgi açılıb.

Sərgidə rəsmilər, incəsənət adamları, xarici səfirliklərin Azərbaycandakı nümayəndələri iştirak ediblər.

Rza Diqqəti tərəfindən lentə alınan 7 böyük ölçülü fotoşəkildən ibarət vizual incəsənət instalyasiyası sərgidə nümayiş olunub.

Fotoqraf bildirib ki, sərgilənən fotoları 1990-cı illərdə çox çətinliklə gedərək çəkib:

"1992-ci illərdə Qarabağ müharibəsi zamanı Bakıya çox gələrdim, keçmiş məcburi köçkünlərə yardım gətirər, şəkillər çəkərdim. Daha sonra 6 ay İrandan başqa bütün Xəzər dənizinin sahillərini gəzdim, bu sahildən o sahilə kimi bütün fotoları çəkdim. 1990-cı illərdə Bayıl tərəfdə balıqçıları çəkərdim. Onlara baxanda arzulayırdım ki, Azərbaycan müstəqil olacaq və keçmiş məcburi köçkünlər öz torpaqlarına qayıdacaq".

Fotojurnalist həmçinin şəkildəki adamların hər birinin qarabağlı olduğunu deyib. Tədbirdə Rza Diqqəti fotoşəkillərlə bağlı qonaqlara şəkillərin çəkilmə şəraiti və tarixçəsi haqqında məlumat verib.

XS
SM
MD
LG