Accessibility links

ABŞ səfirliyi Azərbaycanda dinc toplantıların keçirilməsinə maneələrdən narahatdır


ABŞ səfirliyi (Arxiv foto, mənbə VOA)
ABŞ səfirliyi (Arxiv foto, mənbə VOA)

ABŞ-ın Azərbaycandakı səfirliyi dinc toplantıların keçirilməsinə olan maneələrdən narahatlığını bildirib.

"Biz əvvəlki tək Azərbaycanda öz konstitusion hüquqlarını həyata keçirən vətəndaşlara təzyiqlərdən narahatıq. Biz hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən dinc toplaşmaq hüququna hörmətlə yanaşmağa çağırırıq" , ABŞ səfirliyinin mətbuat katibi Elis Spensli vətəndaşların küçə aksiyaları keçirmək üçün konstitusiya hüquqlarının hakimiyyət tərəfindən əngəllənməsilə bağlı Turan agentliyinin sualının cavabında deyib.

Son illər aksiyaların qarşısı polis tərəfindən alınır və adətən fəalların həbsilə başa çatır. Son dəfə oktyabrın 24-də polis Azərbaycan Xalq Cəbhəsi Partiyasının Bakı meriyasının qarşısında keçirdiyi etiraz aksiyasının qarşısını alıb.

XS
SM
MD
LG