Accessibility links

"Nüvə silahlarından istifadə Kim rejiminin sonu olacaq"


ABŞ və Cənubi Koreyanın müdafiə liderləri Pxenyana xəbərdarlıq edib ki, Şimali Koreya lideri Kim Çen Inın nüvə silahından istifadə etməsi onun rejiminin "sonu" olacaq.

"[ABŞ Müdafiə naziri [Lloyd] Ostin və mən təsdiq etdik ki, KXDR tərəfindən istənilən nüvə hücumu, o cümlədən taktiki nüvə silahından istifadə qəbuledilməzdir və ittifaqın böyük və qətiyyətli cavabı ilə Kim Çen In rejiminin sonu ilə nəticələnəcək" - deyə, Cənubi Koreyanın milli müdafiə naziri Li Çen Sup cümə axşamı Pentaqonda jurnalistlərə bildirib.

Həmrəylik nümayişi olaraq iki müdafiə lideri də davam edən birgə hərbi təlimi "Vigilant Storm"un sona çatacağı cümə günündən sonra uzatdıqlarını açıqlayıb.

"Mən nazir Li ilə məsləhətləşdim və hazırlığımızı və qarşılıqlı fəaliyyət qabiliyyətimizi daha da gücləndirmək üçün uzun müddətdir planlaşdırılan birləşmiş təlimimiz olan "Vigilant Storm"u uzatmaq qərarına gəldik" - deyə, Ostin birgə mətbuat konfransı zamanı bildirib.

Təlimdə minlərlə ABŞ və Cənubi Koreya əsgəri ilə birlikdə 240-a yaxın təyyarə iştirak edib.

Pentaqonun sözçüsü, polkovnik-leytenant Martin Mayners Amerikanın Səsinə hava təliminin şənbə gününə qədər uzadılacağını deyib.

"Biz Koreya yarımadasındakı hər hansı əlavə dəyişiklik və təhlükəsizlik mühiti ilə bağlı Cənubi Koreya müttəfiqimizlə sıx koordinasiyada qalırıq. Koreya yarımadasının müdafiəsinə olan öhdəliyimiz möhkəmdir", Mayners deyib.

Şimali Koreya cümə axşamı qitələrarası ballistik raket (ICBM) daxil olmaqla, altı raket ataraq, misli görünməmiş raket buraxılış sürətini davam etdirib. O, bir gün əvvəl 20-dən çox raket atıb.

Cənubi Koreya hökumətindəki mənbə CNN-ə bildirib ki, cümə axşamı ICBM-in buraxılışı uğursuz olub. Amerikanın Səsi bu xəbəri müstəqil şəkildə təsdiqləyə bilməyib.

Şimali Koreya lideri "Vigilant Storm"un müddətinin uzadılması qərarını "dəhşətli səhv" adlandırıb.

"Onların etdikləri əslində Kim Çen Ina strategiyasının uğursuz olduğunu göstərməkdir. Bununla belə, ironik olaraq, onun uğursuz strategiyası onu daha da çarəsiz hala salır"- deyə, Yaponiya və Cənubi Koreyada məskunlaşmış Demokratiyaları Müdafiə Fondunun analitiki, ordu veteranı Devid Maksvell Amerikanın Səsinə bildirib.

Cənubi Koreya və ABŞ rəsmiləri aylardır xəbərdarlıq edib ki, Şimali Koreya 2006-cı ildən bəri yeddinci və 2017-ci ildən bu yana ilk nüvə sınağına hazırlığın son mərhələsindədir.

ABŞ-ın yarımadadakı siyasətini tənqid edənlər bildirib ki, Şimali Koreyanın nüvə təxribatları və son raket buraxılışları ABŞ və Cənubi Koreyanın hərbi qüvvələrinin Pxenyanın Seula hücum cəhdinə mane ola bilməyəcəyinə işarə ola bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG