Accessibility links

Pelosi ərinə hücum haqqında danışdı: "Çox qorxdum"


Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bazar ertəsi ilk dəfə polisin San-Fransiskodakı evində ərinə edilən hücumu izah etməyə və qapının döyülməsi ilə oyandığı barədə danışarkən göz yaşlarını saxlayıb.

Pelosi CNN-ə müsahibəsində "Mən çox qorxdum" deyib.

"Övladlarımı, nəvələrimi düşünürdüm. Heç vaxt düşünməzdim ki, bu, Pol ola bilər".

Demokratların lideri qəddar hücum haqqında ara seçkiləri ərəfəsində danışıb. Belə ki, onun partiyası qanunvericilərə qarşı zorakı təhdidlərin və ABŞ-la bağlı narahatlıqların artdığı bir vaxtda Konqresə nəzarəti saxlamaq üçün Respublikaçılar həvəsinin artmasına qarşı mübarizə aparır.

Pelosinin əri Pol seçkidən 11 gün əvvəl vurulub. Səlahiyyətlilər hücumçunun onların San-Fransiskodakı evinə girdiyini və 82 yaşlı Polun başına ən azı bir dəfə zərbə endirməzdən əvvəl spikeri axtardığını deyib.

Təcavüzkar polisə bildirib ki, o, spiker Pelosi ilə danışmaq və digər demokratlara dərs olsun deyə onun diz qapaqlarını sındırmaq istəyib.

Rəsmilərin siyasi hücum adlandırdırları təçazüv zamanı hücumçu Pol Pelosinin kəllə sümüyünü sındırıb və digər xəsarətlər verib.

Pelosi deyib ki, o, Vaşinqtondakı mənzilində olub.

Hadisə oktyabrın 28-də səhər saat 5 radələrində baş verib.

"Biz onun harada və vəziyyətinin necə olduğunu belə bilmirdik. Biz sadəcə evimizdə ona hücum olduğunu bilirdik” - deyə, Pelosi bildirib.

42 yaşlı David DePeyp adam öldürməyə cəhd və digər ittihamlarla bağlı günahsız olduqlarını etiraf etdikdən sonra San-Fransiskoda parolsuz saxlanılır.

O, həmçinin seçilmiş məmuru qaçırmağa cəhd kimi federal ittihamlarla üzləşib. Səlahiyyətlilər sui-qəsd nəzəriyyələrini təqib edən fəalın Pelosinin evinə girərək, Pol Pelosini oyatdığını və onun "Nansi" ilə danışmağı tələb etdiyini bildirib.

Pol Pelosi içəri girən şəxsə həyat yoldaşının şəhərdən kənarda olduğunu deyəndə o gözləyəcəyini söyləyib. Pol Pelosi 911-ə zəng etdikdən sonra zabitlər başına çəkiclə ən azı bir dəfə zərbə vurmazdan əvvəl onların çəkic üzərində mübarizə apardığını görüb.

Daha sonra DePeyp polisə spikeri qaçırmaq istədiyini deyib və "Konqresin digər üzvlərinə hərəkətlərin nəticələrinin olduğunu göstərmək üçün" onu yaralayacağı ilə hədələyib.

Hakimiyyət orqanlarının iş üzrə məhkəmə sənədlərində ortaya qoyulan sərt ritorika hücumdan sonra mühafizəkarların və bəzi Respublikaçı məmurların Pelosisə qaryı yaydıqları zarafat və təlqinlərdən fərqlidir.

Pelosi ərinə qarşı hücumdan sonra çox az danışıb. Lakin Pol Pelosi xəstəxanadan buraxıldıqdan sonra keçən həftənin sonunda yerli aktivistlərə virtual çağırışda danışıb.

"İnsanlar mənə deyirlər ki, mən nə edə bilərəm ki, özünü daha yaxşı hiss edəsən? Mən deyirəm: "Səs verin!"

Ərinin sağalması ilə bağlı "uzun yol olacaq" deyəndə qəhərlənib.


Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG