Accessibility links

ABŞ Konqresinə seçkilər Vaşinqtonda siyasi debatların tonuna təsir edə bilər


Noyabrın 8-i Birləşmiş Ştatlarda Konqresə ara seçkilər keçirilir. Milyonlarla amerikalı prezident Co Baydenin administrasiyasının dörd illik müddətinin ikinci yarısında Vaşinqtonda siyasi debatların tonunu müyyən edəcək Konqres seçkilərində səs verir.

Nümayəndələr Palatasında bütün 435 yer, Senatda isə 100 yerdən 35-i uğrunda mübarizə gedir.

42 milyondan çox amerikalı artıq insan şəxsən və ya poçt vasitəsilə erkən səsvermədə səs verib.

Demokratlar hazırda Konqresin hər iki palatasına nəzarət edir, lakin seçki öncəsi sorğular respublikaçıların Nümayəndələr Palatasına və ola bilsin ki, Senata nəzarəti ələ keçirə bilmək ehtimalının yüksək olduğunu göstərir. Seçkilərin bir siyasi partiyanın Ağ Evdə qaldığı zaman digər partiyanın Konqresə və ya bir palataya nəzarəti ilə nəticələnməsi bundan öncə uzunmüddətli siyasi durğunluğa gətirib çıxarmışdı.

Pew Araşdırma Mərkəzinin son rəy sorğusuna əsasən, sorğuda iştirak edən amerikalı seçicilərin dörddə üçündən çoxu iqtisadiyyatın bu seçkilərdə onları narahat edən başlıca məsələ olduğunu bildirib.

ABŞ-ın Ali Məhkəməsinin iyun ayında federal abort hüququna son qoyan qərarından sonra sosial məsələlər də bəzi seçicilərin diqqət mərkəzində qalır.

Respublikaçıların Nümayəndələr Palatasında qələbə qazanacağını proqnozlaşdıran və Respubikaçılar Partiyasının çoxluq təşkil edəcəyi təqdirdə spiker olacağı ehtimal edilən hazırda azlıq lideri Kevin Makkarti Baydenin dəstəklədiyi hökumət proqramları üçün xərclərin azaldılmasına çalışacağını vəd edib. O, CNN tele kanalına bildirib ki, Respublikaçı qanunvericilər həmçinin Rusiyanın təcavüzünə qarşı mübarizə məqsədilə ABŞ-ın Ukraynaya davam edən hərbi və maliyyə yardımını yaxından nəzərdən keçirəcəklər.

Müharibə başlayandan bəri Bayden administrasiyası Konqresdə az müzakirələr apararaq, Kyiev hökumətinə 27 milyard dollardan çox sursat və humanitar yardım göndərib. Lakin Kevin Makkarti Respublikaçıların Ukraynanın ən çox nəyə ehtiyacı olduğu təhlil edilmədən davamlı maliyyələşdirilməni istəmədiklərini bildirib.

Bu arada, Konqresə nəzarəti saxlamaq üçün mübarizə aparan Demokratlar Respublikaçıları Konqresə nəzarəti ələ keçirdikləri təqdirdə yaşlı amerikalılar üçün populyar tibbi və pensiya müavinətlərini azaltmağı və ya onları müntəzəm olaraq hər beş il maliyyə yoxlamalarına məruz qoymağı planlaşdırmaqda ittiham edirlər.

Noyabrın 8-i həmçinin Miçiqan, Viskonsin, Nevada, Arizona və Corciya kimi seçkilərdə mühüm ştatlar da daxil olmaqla, 36 ştatda qubernator seçkisi və onlarla ştat səviyyəsində digər yarışlaı keçirilir.

Həm Respublikaçılar, həm də Demokratlar ABŞ-da seçki saxtakarlığına dair faktiki dəlillərin cüzi olmasına baxmayaraq, iddia edilən hər hansı pozuntunu izləmək üçün genişmiqyaslı seçki monitorinqi aparmağı planlaşdırır.

XS
SM
MD
LG