Accessibility links

Ukraynalılar ABŞ seçkilərini izləyir və ümid edirlər ki, yeni Konqres yardımı kəsməyəcək


Ukraynalılar ABŞ seçkilərini izləyir və ümid edirlər ki, yeni Konqres yardımı kəsməyəcək
please wait

No media source currently available

0:00 0:02:59 0:00

Ukraynalılar ABŞ seçkilərini izləyir və ümid edirlər ki, yeni Konqres yardımı kəsməyəcək

ABŞ-ın ara seçkiləri Birləşmiş Ştatların müharibə səylərində əvəzsiz dəstəyinin olduğu Ukraynaya əhəmiyyətli təsir göstərə bilər. Ukraynalılar ABŞ seçkilərini yaxından izləyir və yeni Konqresin yardımı kəsməyəcəyinə ümid bəsləyirlər.

Kyiv küçələrində insanlar təkcə Rusiyanın növbəti hücumundan deyil, həm də ABŞ-da ara seçkilərinin Ukraynaya dəstəyinə necə təsir edəcəyindən narahatdırlar.

Ukrayna rəsmiləri və vətəndaşları Konqresə kimin nəzarət etməsindən asılı olmayaraq, ABŞ-ın Ukraynaya yardımının davam edəcəyinə ümid edir.

Mikola Davidyuk Kyivdə yaşayan siyasi təhlilçidir.

"Bizim favoritlərimiz və ya qalib gəlməsini istədiyimiz partiya yoxdur. Əsas məqsədimiz silah, pul, siyasi, geosiyasi və diplomatik dəstək almaq üçün tərəfdaşlığı davam etdirməkdir" - deyə, o bildirib.

O vurğulayır ki, Ukrayna üçün ABŞ-ın sabit tərəfdaş olması çox vacibdir. Davidyuk deyir ki, o, həm respublikaçıların, həm də demokratların Amerikanın Ukraynaya münasibətini şübhə altına alan açıqlamalarının ABŞ siyasətindəki dəyişikliklərdən daha çox kampaniya ritorikasına aid olduğuna inanır.

"Dəstəyin qalacağına əminəm. Biz təkcə yaxşı dost deyilik, həm də ortaq dəyərlərə malik tərəfdaşıq. Biz həm Qərb demokratiyasının tərəfindəyik, həm də avtokratiya və diktaturaya qarşı mübarizə aparırıq" - deyə, o əlavə edib.

Davidyukun həmkarları ABŞ-ın davamlı dəstəyi ilə potensial problemləri görürlər.

"Respublikaçı çoxluq öz müxalifliyini ön plana çıxararsa və Bayden administrasiyasının büdcə təkliflərinə daha tənqidi yanaşarsa, problemlə üzləşə bilərik. Artıq dedikləri kimi "daha boş çeklər yoxdur". Çalışacaqlar ki, büdcə prosesinə daha çox nəzarət etsinlər və xərclərə nəzarət etsinlər" - deyə, siyasi analitik Volodimir Fesenko qeyd edib.

Kiel İnstitutunun Ukraynaya Dəstək müşahidəçisinə görə, ABŞ-ın Ukraynaya hərbi, maliyyə və humanitar yardımda ümumi öhdəliyi 52 milyard dolları ötür. Avropa İttifaqı ölkələri və qurumları 29 milyard dollardan çox vəsait ayırıb.

Kyiv küçələrində ukraynalılar ABŞ-ın Ukraynaya dəstəyini kritik hesab edir və ABŞ-ın Ukraynaya möhkəm sadiq qalacağına və onun qələbə qazanıb müharibədən qurtulmaq səyinə ümid bəsləyirlər.

"Düşünürəm ki, dəstək davam edəcək. Bu, həqiqətən də lazımdır və düşünürəm ki, onlar bunu başa düşürlər", sakinlərdən biri bildirib.

"Mən narahatam. Mən dəstəyin davam etməsini istərdim. Bizi dəstəkləsələr, daha tez qalib gələcəyik. İstərdik ki, Ukraynanı dəstəkləyən qüvvələr qalib gəlsin və bizi təkcə müharibə zamanı deyil, sonra da dəstəkləməyə davam etsin" - deyə, başqa bir sakin narahatlığını dilə gətirib.

"Ümid edirəm ki, dəstək davam edəcək. Əks halda, onsuz da öz gücümüzlə qalib gələcəyik" - deyə, başqa bir sakin bildirib.

XS
SM
MD
LG