Accessibility links

Britaniya kralı və həyat yoldaşına yumurta atan şəxs həbs edilib


Çərşənbə günü 23 yaşlı bi gənc İngiltərənin şimalındakı York şəhərində gəzən Kral III Çarlz və həyat yoldaşı kraliça Kamillaya yumurta və vitriol atdıqdan sonra həbs edilib.

Hadisə kral və həyat yoldaşının monarxların ənənəvi olaraq şəhərdə qarşılandığı orta əsr Micklegate Bar qapısından Yorka girərkən baş verib.

Video görüntülərdə bir neçə yumurtanın atıldığı və yerə çırpıldığı əks olunub. Yerli yüksək səviyyəli şəxslər tərəfindən qarşılanmağa və toplanmış insanlarla görüşməyə davam edən kral cütlüyü xəsarət almayıb.

Bir neçə polis məmurunun izdihamın baryerində bir kişi ilə əlbəyaxa olduğunu görmək olub. Britaniyanın PA xəbər agentliyi etirazçının həbs edilərkən fit çaldığını və "Bu ölkə qulların qanı üzərində qurulub" deyə, qışqırdığını bildirib.

Ətrafdakılar onun səsini boğmağa çalışaraq, "ar olsun sənə" və "Allah kralı qorusun" şüarları səsləndirib.

Şimali Yorkşayr polisinin bildirdiyinə görə, 23 yaşlı gənc ictimai asayişi pozmaqda şübhəli bilinərək, həbs edilib və hazırda həbsxanadadır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG