Accessibility links

Xalid Ağaliyev: Jurnalistlərin rəsmi qurumların toplantılarına buraxılmasında problemlər müşahidə olunmağa başlayıb


Xalid Ağaliyev: Jurnalistlərin rəsmi qurumların toplantılarına buraxılmasında problemlər müşahidə olunmağa başlayıb
please wait

No media source currently available

0:00 0:05:52 0:00

Hüquqşünas Xalid Ağaliyev Amerikanın Səsinə müsahibəsində Azərbaycanda media qurumlarının və jurnalistlərin reyestr qeydiyyatına alınması qaydaları, o cümlədən yeni qaydaların vətəndaş jurnalistikasının fəaliyyətinə təsirləndən danışıb.

Amerikanın Səsi: Azərbaycanda media qurumlarının və jurnalistlərin reyestr qeydiyyatına başlanılıb. Bu onlar üçün hansı yeni hüquqi vəziyyət yaradır? Reyestrin yaradılması qaydası media qanununa uyğun şəkildə həyata keçirilirmi?

Xalid Ağaliyev: Artıq bildiyimiz kimi reyestrin işə salınması prosesi başlayıb təxminən bir aya yaxındır. Bizim apardığımız monitorinqin nəticələrinə görə, təxminən onlarla media artıq müraciət edərək qeydiyyatdan keçiblər. Xüsusi problemli məsələ nəzərə çarpmır. Amma ümumilikdə yeni hüquqi düzənin yaranmasındakı müəyyən problemlərin işartıları görünməkdədi. Bunlar nədən ibarətdir? Daha çox jurnalistlərin rəsmi qurumların toplantılarına buraxılmasında problemlər müşahidə olunmağa başlayıb. Gələcəkdə jurnalistlər xeyli sayda problemlərlə qarşılaşa bilərlər. Qanunvericilikdə müəyyən ayrıseçici elementlər var. Müəyyən jurnalistlərə qeydiyyatdan keçəcək jurnalistlərə müəyyən imtiyazlar verir. Digər jurnalistlər hansı ki, o reyestrə düşməyiblər, onlar bu imtiyazdan istifadə edə bilməyəcəklər.

Amerikanın Səsi: Reyestrə daxil olmayan və ya qeydə alınmayan media qurumlarının və jurnalistlərin aqibəti necə olacaq, onlar jurnalistika sahəsində fəaliyyətlərini davam etdirə biləcəklərmi?

Xalid Ağaliyev: Ümumilikdə qanunvericilik baxımından yanaşsaq sırf "Media haqqında" qanun çərçivəsində yanaşmamalıyıq. Ölkənin konstitusiyası baxımından, eyni zamanda Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrin işığında məsələyə yanaşmalıyıq. Çünki qeyd etdiklərimin hər iksi qanunla müqayisədə daha üstün hüquqi qüvvəyə malikdir. Hazırda bununla bağlı ciddi problemlər yaşamırlar. Amma artıq "Media haqqında" qanunun müəyyən etdiyi dəqiq məsələlər var ki, bu, jurnalistlərin fəaliyyətini tamamilə dayandırmalı zərurətində qoymasa da çox ciddi problemlər yaradacaq. Bu daha çox akreditasiya qaydaları ilə bağlıdır. Çünki "Media haqqında" qanun göstərir ki, yalnız qeydiyyatdan keçən jurnalistlər bu imkana sahib olacaqlar. Ən adi bu məsələdə göstərir ki, jurnalistlər hazırda müşahidə olunmasa da bu sahədə fəaliyyətlərinə korrektdə etməli olacaqlar.

Amerikanın Səsi: Yeni qaydalara uyğun fəaliyyət göstərməyən KİV və jurnalistlərə hansısa cəza tədbirləri tətbiq ediləcəkmi?

Xalid Ağaliyev: Bu məsələ ilə bağlı qanunvericiliyin tələbləri çox yayğındı və çox geniş sui-istifadələrə yol açan müddəlardı. Keçid müddəalarında nəzərdə tutulub ki, reyestrin formalaşdırılması 6 ay ərzində həyata keçiriləcək. Bu müddət ərzində reyestrə müraciət etməyənlərlə bağlı onların fəaliyyətinin qanuniliyini araşdırmaq üçün agentlik məhkəməyə müraciət edə bilər. Belə bir hüquq agentlik baxımından nəzərdə tutulub. Amma bunun reallaşdırılması çox çətin görünür. Bunu hər halda praktika üzərə çıxaracaq. Mən yenə deyirəm, məsələyə yalnız "Media haqqında" qanun çərçivəsindən baxmaq ciddi yalnışlıq olardı. Həm Konstitusiya var, həm bu qanundan üstün başqa normativ aktlar var. Bu baxımından yanaşanda məsələyə qanunda nəzərdə tutulmuş qeyd etdiyim cəzavermə mexanizmi tamamilə qanunsuz görünür. Ona görə jurnalistlərin reyestrdən keçməməsi onlara cəza gətirəcəyini gözləmək qanunsuz gözlənti olardı.

Amerikanın Səsi: Yeni qaydalar Azərbaycanda vətəndaş jurnalistikasının fəaliyyətinə necə təsir edəcək?

Xalid Ağaliyev: Yeni qanundan ən çox təsirlənən jurnalist qrupu məncə vətəndaş jurnalistikası təmsilçiləri və azad şəkildə çalışan jurnlistlər ola bilər. Çünki ümumilikdə jurnalistin statusunun məsələsini yeni qanun tam dəyişib. Əslində jurnalistin bir vergi qeydiyyatının olması bir müntəzəm olaraq informasiya toplayıb yaymaqla məşğul olması, onun jurnalist statusunu müəyyən edir. Amma hazırkı qanunvericiliklə müəyyən edilməyə baxanda görürük ki, onun müqaviləsi olmalıdır. Onun daimi işi, informasiya toplamaq, yaymaq olmalıdır. Bu anlayışın içindəkilərdən çıxış etsək azad jurnalistlər buna çox ciddi dərəcədə təsirlənəcəklər. Onları ictimai maraq kəsb edən informasiyaları qanuni yolla toplayıb əldə etməsinə ciddi çətinliklər yaradacaq.

Qeyd : Prezident İlham Əliyev 21 dekabr 2021-ci ildə qəbul edilmiş "Media haqqında qanunun tətbiqi haqqında" fərman imzalayıb. Bu ilin sentyabrın 26-da isə Media Reyestrinin aparılması qaydalarının təsdiq edilməsi bir sıra müstəqil media qurumlarının, jurnalistlərin, redaktorların etirazına səbəb olub. Onlar hesab edir ki, "Media haqqında" qanunun müddəalarından olan reyestrin qəbulu ölkədə söz azadlığının boğulmasına gətirib çıxaracaq.

Öz növbəsində, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Amerikanın Səsinə deyib ki, Media Reyestri bütün başqa sahələrdə mövcud olan hüquqi platformanın və məlumat bazasının təşkili hadisəsidir.

XS
SM
MD
LG