Accessibility links

Səfiyə Qarabaği Zəncan prokuroluğunda ittihamlara qarşı özünü müdafiə edib


Səfiyə Qarabaği
Səfiyə Qarabaği

Oktyabr ayında Zəncanın Səfərabad həbsxanasında 8 gün nəzarətdə saxlanılan feminist fəal Səfiyə Qarabağinin “son müdafiə” sessiyası noyabrın 10-da Zəncan prokuroluğunda keçirilib.

Qarabaği sentyabr ayından bəri İranda davam edən kütləvi nümayişlər fonunda oktyabrın 1-də kəşfiyyat qüvvələri tərəfindən nəzarət altına alınıb və təqribən bir həftə sorğu-sual edildikdən sonra mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılıb.

Feminist fəal çərşənbə günü Zəncan prokurorluğunun 2-ci şöbəsində ittihamlara qarşı özünü müdafiə edib. O, “İslam Respublikası nizamına qarşı təbliğat” fəaliyyəti göstərməkdə ittiham edilir.

Qarabaği öz Instagram səhifəsində bu barədə məlumat verib.

“Prokuror Heydəripurdan ittihamın əsaslarını soruşdum. O, yenə də etirazlar ilə əlaqədar Instagramda paylaşdığım yazıları önə çəkdi. Sərbəst buraxıldıqdan sonra paylaşdığım yazıları da dosyeyə qoyublar. Hərkəsin görə bildiyi bu yazıların heç birinin suç təşkil edəcək məzmunu yoxdur,” deyə Səfiyə Qarabaği yazıb.

Qarabaği həmçinin saxlanıldığı zaman kəşfiyyat qüvvələrinin müsadirə etdiyi mobil telefonunu 40 gün sonra geri aldığını bildirib.

İllərdir İran Azərbaycanında gender bərabərliyi, türk dil haqları, erkən nikah problemi, ətraf mühit məsələsi və siyasi məhbusları müdafiəsi üzrə fəaliyyət göstərən Səfiyə Qarabaği bundan əvvəl də fəaliyyətləri səbəbilə basqılara məruz qalıb.

XS
SM
MD
LG