Accessibility links

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlıq planı imzaladılar


Azərbaycan müdafiə naziri Zakir Həsənov və Güecüstan müdafiə naziri cənab Cuanşer Burçuladze ( foto AMN-nə məxsusdur)
Azərbaycan müdafiə naziri Zakir Həsənov və Güecüstan müdafiə naziri cənab Cuanşer Burçuladze ( foto AMN-nə məxsusdur)

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 14-də bu ölkənin müdafiə naziri cənab Cuanşer Burçuladze ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, tərəflər regional təhlükəsizlik, hərbi əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi və işçi görüşlərin təşkili barədə ətraflı fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin hərbi, hərbi texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Yekunda hər iki ölkənin müdafiə nazirlikləri arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

XS
SM
MD
LG