Accessibility links

Polis bölməsinə aparılan Kuryerlər Birliyinin rəhbəri: “Barmaq izimlə telefonumu açdılar, şifrəni də ləğv elədilər”


Elvin Feyruzzadə, “Demokratiya 1918” Hərəkatının İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının Kuryerlər Birliyinin rəhbəri 
Elvin Feyruzzadə, “Demokratiya 1918” Hərəkatının İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının Kuryerlər Birliyinin rəhbəri 

"Demokratiya 1918" Hərəkatı mətbuat konfransı keçirərək son günlər hakimiyyətin onlara qarşı “əks-addımlar” atdığını bildirib. Noyabrın 12-də Hərəkatın İdarə Heyəti üzvü Afiəddin Məmmədova qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisə müqavimət) ilə ittiham irəli sürülüb və ona 30 sutka inzibati həbs cəzası verilib. Noyabrın 11-də isə "Demokratiya 1918" Hərəkatının İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının kuryer üzvü Orxan Zeynallıya 30 sutka inzibati həbs cəzası verilib. Lakin onun nədə ittiham edilməsi barədə dəqiq məlumat verilməyib. Hərəkat üzvləri Zeynallının polis haqqında tənqidi status yazdığına görə həbs edildiyini deyirlər.

Afiəddin Məmmədov
Afiəddin Məmmədov

Noyabrın 11-də Afiəddin Məmmədovla birgə, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını deyən “Demokratiya 1918” Hərəkatının İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının Kuryerlər Birliyinin rəhbəri Elvin Feyruzzadə Amerikanın Səsinə müsahibəsində bildirib ki, idarədə onun telefonuna müdaxilə edilib:

“Otağa aparıldığım anda telefonumu götürmüşdülər, məndə barmaq izi olduğuna görə barmaq izimlə telefonumu açdılar, şifrəni də ləğv elədilər. Ondan sonra telefon bir gün onların özlərində idi, müdaxilələr oldu. Sərbəst buraxılandan sonra telefonumu götürdüm”.

Həmin gün saxlanılan Elvin deyir ki, noyabrın 11-də axşam saatlarında Afiəddin Məmmədovun yaşadığı ünvana tərəf gedərkən, 3 mülki geyimli şəxs onlara yaxınlaşıb və vəsiqələrini göstərdikdən sonra onlarla gəlməli olduqlarını deyiblər.

“Biz maşına mindirildik və Bakı Şəhər Baş Polis İdarəsinə aparıldıq. Orada Afiəddin Məmmədovla mən ayrı mərtəbələrdə yerləşən otaqlara aparıldıq. İdarədə fiziki zorakılıq olmadı, amma psixoloji təzyiqlər olurdu. Rəisin otağına aparıldım, o isə kuryerlər birliyi haqqında suallar verdi, mən də fəaliyyətimiz haqqında məlumat verdim. Bundan sonra rəis işçilərə mənimlə hörmətlə davranılmasını tapşırdı, ondan sonra münasibət normal oldu” - deyə o, bildirib.

Polis bölməsinə aparılan Kuryerlər Birliyinin rəhbəri: “Barmaq izimlə telefonumu açdılar, şifrəni də ləğv elədilər”
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Feyruzzadənin sözlərinə görə, ona noyabrın 12-də səhər saatlarında sərbəst buraxılacağını desələr də, o, həmin gün axşam saatlarında buraxılıb. Kuryerlər Birliyinin rəhbəri deyir ki, o, bir neçə dəfə Afiəddin Məmmədovun vəziyyəti ilə maraqlanıb, lakin ona bildirilib ki, Məmmədov idarədən başqa yerə aparılıb:

“Sonra gətirildiyi ilə bağlı məlumat verdilər. Mən sərbəst buraxılanda isə Afiəddinin məndən qabaq buraxıldığını dedilər. Onunla bağlı mənə deyilirdi ki, ondan uzaq gəzim”.

Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bundan öncə Amerikanın Səsinə Afiəddin Məmmədov və Elvin Feyruzzadənin polis orqanlarının birinə dəvət olunduğunu, araşdırma aparılıb sərbəst buraxılacaqlarını bildirib.

"Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli mətbuat konfransında bildirib ki, o həbsdə olan zaman hərəkatın və özünün aktiv fəaliyyət göstərəcəyi təqdirdə hədəfə alınacağı ilə bağlı təhdidlər alıb. Hərəkat sədri deyib ki, həbslər onların "İşçi Masası"nı sıradan çıxarmaq üçün başlayıb.

Əhməd Məmmədli də bundan bir müddət öncə inzibatı qaydada həbs edilmişdi. O, polisin qanuni tələbini yerinə yetirməməkdə günahlandırılırdı. Lakin o, ittihamı qəbul etmirdi, sülh çağırışlarına və İlham Əliyevi tənqidlərinə görə həbs olunduğunu deyirdi.

Aidiyyəti qurumlardan son açıqlamalarla bağlı hələlik münasibət almaq mümkün olmayıb. Lakin rəsmi Bakı bir qayda olaraq ölkədə insanların əqidəsinə görə təqib edilmədiyini bəyan edir. Hökumət rəsmiləri insanların qanunvericilik qarşısında bərabər olduğunu, fundamental hüquqların tam təmin edildiyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG