Accessibility links

Gürcüstan kəşfiyyatı İran vətəndaşının sifarişi ilə İsrail vətəndaşına qarşı sui-qəsdin qarşısını aldığını bildirir


Gürcüstan Dövlət Təhlükəsziliyi Xidmətinin emblemi (Mənbə Gürcüstan Təhlükəsizlik Xidmətinin rəsmi saytı)
Gürcüstan Dövlət Təhlükəsziliyi Xidmətinin emblemi (Mənbə Gürcüstan Təhlükəsizlik Xidmətinin rəsmi saytı)

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin əks-kəşfiyyat şöbəsi tərəfindən Gürcüstanda cinayətkar qruplaşmanın planlaşdırdığı İsrail vətəndaşını öldürmək cəhdi aşkar edilərək qarşısı alınıb.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Pakistan və İran-Gürcüstan ikili vətəndaşlığı olan şəxslər tutulub.

“Xaricdə yaşayan təşkilatçılar, o cümlədən qətlin sifarişçisi olduğu ehtimal edilən İran vətəndaşı və hadisədə iştirak edən digər şəxslər müəyyən edilib, onlara qarşı kompleks əməliyyat-axtarış tədbirləri davam etdirilir. İstintaq müəyyən edib ki, bu qruplaşmada iştirak edən Pakistan vətəndaşı Gürcüstanda İsrail vətəndaşını öldürmək tapşırığı almış cinayətkar qrup tərəfindən Gürcüstana göndərilib. Pakistan vətəndaşına Gürcüstana gəlməzdən əvvəl lazımi təlimat verilib və ona qətlin obyekti barədə məlumat verilib. Daha sonra adı çəkilən şəxs üçüncü ölkə vasitəsilə Gürcüstana gəlib və orada kirayədə qaldığı mənzildə görüşüb və ona sui-qəsdlə bağlı əlaqə vasitələri verilib.”

Məlumatda bildirilir ki, Pakistan vətəndaşı Gürcüstana gəldikdən sonra sui-qəsd qaydalarına ciddi əməl edərək qətlin obyektini və onun hərəkət marşrutlarını gizli şəkildə araşdırıb, xaricdə olan müştəri ilə daim konspirativ əlaqədə olub və ondan göstəriş və vəsait alıb.

“Bundan başqa müəyyən edilib ki, cinayəti törədən şəxsə gizli şəkildə silah çatdırmaq üçün cinayətkar qrup Gürcüstanda yaşayan ikili İran-Gürcüstan vətəndaşlığı olan bir qrup şəxsi işə cəlb edib. İzlərin ört-basdır edilməsi məqsədilə Pakistan və İran-Gürcüstan ikili vətəndaşlığı olan şəxslər arasında birbaşa görüş baş tutmayıb, odlu silah və döyüş sursatlarının şəhər ərazisində gizləndiyi yerlərdən istifadə edilərək ötürülməsi həyata keçirilib, hər iki qrup xaricdən razılaşdırlmaqla iş aparıb. Pakistan və İran-Gürcüstan ikili vətəndaşlığı olan şəxslərə qarşı aparılan istintaq-əməliyyat tədbirləri və axtarışlar nəticəsində odlu silah və sursatlar, qətlin hazırlanmasını və gizləndikləri yerləri göstərən məlumatların olduğu sui-qəsd telefonları götürülüb və digər dəlillər aşkar edilib.” Dövlət Təhlükəsizliyi Xidməti qeyd edir.

Bununla yanaşı qətli sifariş etməkdə günahlandırılan İran tərəfi və sui-qəsdin obyekti olması iddia edilən İsrail vətəndaşı, onların vəkilləri hələ bu məlumatla bağlı şərh verməyib.

XS
SM
MD
LG