Accessibility links

Rusiyanın baş naziri Azərbaycana səfər edəcək


Əli Əsədov və Mixail Mişustin (Arxiv foto. mənbə VOA)
Əli Əsədov və Mixail Mişustin (Arxiv foto. mənbə VOA)

Noyabrın 17-də Bakıda XI Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycanın və Rusiyanın Baş nazirləri Əli Əsədov və Mixail Mişustin Forumda iştirak edəcək.

Forumda həmçinin Azərbaycan və Rusiya hökumətinin üzvləri, işgüzar dairələrin təmsilçiləri, hər iki ölkənin müxtəlif bölgələrinin nümayəndələri iştirak edəcəklər.

“Forumda iqtisadi, nəqliyyat, aqrar-sənaye, humanitar əlaqələr, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, qarşılıqlı investisiya və təhsil ilə bağlı məsələlər müzakirə olunacaq. Müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir,” mətbuat xidməti bildirir.

XS
SM
MD
LG