Accessibility links

Müsavat Partiyası İran Səfirliyi qarşısında etiraz aksiyasına cəhd edib


Müsavat Partiyasının başqanı Arif Hacılı İran Səfirliyinin qarşısında etiraz aksiyasına cəhd edərkən (15 noyabr, 2022).
Müsavat Partiyasının başqanı Arif Hacılı İran Səfirliyinin qarşısında etiraz aksiyasına cəhd edərkən (15 noyabr, 2022).

Noyabrın 15-də Müsavat Partiyası İran Səfirliyinin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Polis əməkdaşları etirazçıları səfirliyin binasının qarşısına yaxınlaşmağa imkan verməyib.

Aksiya İranda dinc etirazların qarşısını alınmasına, bu ölkədəki etnik azərbaycanlıların milli və mədəni hüquqlarının pozulmasına, habelə son zamanlar İran rejimi tərəfindən Azərbaycan Respublikasının suverenliyinə və milli təhlükəsizliyinə qarşı təhdidlərin artmasına etiraz əlaməti olaraq keçirilib. Polis qüvvələri əvvəlcədən səfirlik binasına gedən bütün yolları bağlayıb.

Saat 15.00 radələrində polis Mirzə Fətəli Axundov bağının yanında fəalları saxlamağa başlayıb. Etirazçılar "Azadlıq, ədalət, milli hökumət!", "Rədd olsun molla rejimi" və s. şüarları səsləndirib.

Təşkilatçıların sözlərinə görə aksiyada 50-yə yaxın etirazçı, o cümlədən Müsavat Partiyasının başqanı Arif Hacılı, partiyanın mətbuat katibi Mustafa Hacıbəyli və digər şəxslər saxlanılıb.

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının noyabrın 15-də İran səfirliyi qarşısında aksiya keçirməsini məqsədəuyğun hesab etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG