Accessibility links

İran Azərbaycanında etiraz və tətil aksiyaları davam edir


Təbriz Azad Universiteti tələbələri etiraz aksiyasında
Təbriz Azad Universiteti tələbələri etiraz aksiyasında

Noyabrın 16-da Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Təbrizdə mağaza sahibləri tətil aksiyası keçirib.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, bu gün ikinci gündür ki, İranın digər şəhərlərində olduğu kimi İran Azərbaycanının şəhərlərində də mağaza sahiblərinin tətil aksiyası davam edir.

Təbriz, Urmiyə və Zəncan şəhərlərində bəzi mağaza sahibləri tətil aksiyası keçirib mağazalarını açmayıblar. Təbrizin Böyük qapalı bazarı, Abresan, Firdovsi və bir neçə istiqamətdə mağaza sahibləri, 15 noyabr kimi tətil aksiyasına davam edib.

Təbriz, 16 noyabr, Tərbiyət küçəsi
Təbriz, 16 noyabr, Tərbiyət küçəsi

Təbriz Azad Universitetində tələbələr etiraz mitinqi keçiriblər.

Təbriz Azad Universiteti, "qadın, yaşam, azadlıq" şüarı
Təbriz Azad Universiteti, "qadın, yaşam, azadlıq" şüarı

Həmin mitinqdə hökumətə qarşı şüarlar səsləndirilib. "Qızıldan olsa qəfəsim, azadlığa var həvəsim", "Azərbaycan milləti, çəkəməz bu zilləti, "azadlıq, ədalət, milli hökumət", "biz ölməyə hazırıq, babkəkin sərbazıyıq (Əsgəriyik)" və "diktatora ölüm" şüarlarının səslədirildiyi görüntülənib.

Noyabrın 16-da axşam vaxtlarından Təbrizin müxtəlif məhəllələrində o cümlədən Şəhnaz və Vəliəsrdə etiraz aksiyaları keçirilib.

Qərbi Azərbaycan və Zəncan vilayətlərinın bəzi şəhərlərində etiraz aksiyaları keçirildiyi bildirilir.

2019-cu il noyabrında İranda baş qaldıran kütləvi etiraz aksiyalarında repressiv qüvvələri tərəfindən öldürülən vətəndaşların xatirəsinə bu il 15, 16 və 17 noyabr tarixlərinə kütləvi etiraz və tətil aksiyaları keçirmə çağırışı geniş miqyasda yayılmışdı.

XS
SM
MD
LG