Accessibility links

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib


Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
please wait

No media source currently available

0:00 0:03:30 0:00

Noyabrın 22-də Bakının Sabunçu rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsilə (qəsdən sağlamlığa xəsarət yetirmə) kamera yoldaşını döymək ittiham ilə açılan cinayət işi üzrə hökm oxunub.

Əli Əliyev bu ilin yanvar ayının 13-dən etibarən həbsdədir. O, Dövlət Sərhəd Xidmətinin zabiti Emil Cəfərovun şikayəti əsasında böhtan ittihamı ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Həbsdə olduğu müddətdə partiya sədrinə qarşı daha 2 cinayət işi açılıb və həbs müddəti 1 ilədək uzadılıb. Bu günki məhkəmədə baxılan cinayət işi Əli Əliyevə qarşı açılan sayca 4-cü cinayət işidir.

Hakim Anar Rzayevin sədrliyi keçirilən prosesdə dövlət ittihamçısı Əli Əliyevin 4 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Məhkəmə partiya sədrini növbəti dəfə 3 il 5 müddətinə azadlıqdan məhrum edib.

Hüquq müdafiəçisi Rüfət Səfərov məhkəmə iclasında iştirak edib:

"Sırf siyasi prosesdir. Müdafiə tərəfi Şəhla Hümbətova və Toğrul Babayev konkret detallar üzərində nitqlərini qurub ittihamın puç olduğunu sübut yetirdilər. Əli Əliyev özü də son sözübü söylədi. 20səhifəlik son söz idi. Hakimə xitab edərək söylədi ki, əgər sizdə zərrə qədər vicdan varsa bu işə dair müşavirə otağında vicdanınıza söykənib qərar verin. Hakim isə Prezident Adminstrasiyasından ona daxil olan göstərişi yerinə yetirdi. 3 il 5 ay müddətinə Əli Əliyevi azadlıqdan məhrum etdi. Onun üzərinə ödənilməmiş qanunsuz cəza müddətini də gələrək qəti olaraq 3 il, 6 ay müddətinəittiham hökmü çıxartdı. Biz hüquq müdafiəçiləri olaraq hazırki ittiham hökmünü pisləyirik və hesab edirik ki, Əli Əliyev nə qədər anormal səslənsə də, 11 ay ərzində 4 qat vicdan məhbusudur. Çünki 11 ay ərzində Əli Əliyevin barəsində 4 dəfə qanunsuz ittiham hökmü çıxarılıb".

Əli Əliyev son sözünü səsləndirərkən bildirib ki, qısa müddətdə keçirilən dörd cinayət işinin hamısı onun siyasi fəaliyyətiylə əlaqədardır. Partiya sədrinin sözlərinə görə, bu hökm keçiriləcək parlament seçkilərində onun iştirakına mane olmaq üçündür. Prosesdə iştirak edən hüquq müdafiəçisi Əbülfət Sadıqlı da hökmün siyasi sifariş olduğunu deyib.

"Prezident Aparatından bu işə rəhbərlik edənlər təbii ki, birbaşa birinci şəxsin razılığı əsasında bu göstərişi veriblər. Əli Əliyevin bugünkü məhkəməsinin hüquqa heç bir aidiyyatı yoxdur. Siyasi bir proses idi, siyasi mühakimə idi. Əliyev siyasi məhbusdur. Əli Əliyev birbaşa Ilham Əliyevin məhbusudur. Ədalətsizlikdir. Bu məsələni pisləyirik".

Əli Əliyevin vəkilləri Sabunçu rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrailin baş naziri müharibə kabinetini buraxıb
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG