Accessibility links

Şərqi Azərbaycan vilayətinin Məlikkəndi və Binab şəhərlərində onlarla vətəndaş həbs edilib


Məlikkəndi və Binab şəhərlərində saxlanılanlar
Məlikkəndi və Binab şəhərlərində saxlanılanlar

Şənbə günündən bəri İranın Şərqi Azərbaycan vilayətinin Məlikkəndi (Məlikan) və Binab şəhərlərində hökümət əleyhinə təşkil olunan nümayişlərə qatılan vətəndaşlar İranın hərbi, yarı-hərbi və təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi ilə qarşılaşıblar.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, hakimiyyət qüvvələri göz yaşardıcı qaz və dəyənəklə nümayişlərə qatılanlara hücum edib. Şahidlər bir çox gəncin məmurlar tərəfindən döyülərək maşınlara mindirildiyini görüb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi Məlikkəndi və Binab şəhərlərində saxlanılan vətəndaşlardan 29 nəfərin adlarını yayıb.

HRA-nın xəbərində Məlikkəndidə tutulanlardan Məhəmməd Zarei, Məhəmməd Səttari, Şahin Abbasəlizadə, Arman Şahidi, Fərhad Nəcəfnejad, Haşım Musaquluzadə, Rza Bəyani, Pejman Firuziyan, Cəfər Şirzad, Purya Rəncbər, Hamid Bayrami, İsa Şəfəq, Mehdi Fərruxiyan, Adil Məhəmmədəliyan, Səid Qaani, Adil Zeynaliyan, Cəfər İqbal, Əli Güli, Məhəmməd Güli, Əmir Güli, Rəsul Raşidi, Aydın Məhəmmədcəfərzadə, Fərhad Əsədi, Vəhid Lütfi, Əkbər Abbasi və Sina Babakürdinin, Binabda tutulanlardan isə İrfan Rəcəbzadə, Ümid Ağacani və Əhməd Ənvərinin adları dərc edilib.

Etirazlar zamanı bir çox gənc qadının da saxlanıldığı bildirilib.

Əslən Məlikkəndi şəhərindən olan 23 yaşındakı tibb tələbəsi Aylar Haqqinin noyabrın 16-da Təbrizdə məmurlar tərəfindən öldürülməsindən sonra Şərqi Azərbaycan vilayətində etirazların şiddətinin artdığı bildirilir. Keçən həftə Əli İraqi adlı başqa bir gənc təbrizlinin də polis qüvvələri tərəfindən öldürüldüyünə dair xəbərlər yayılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG