Accessibility links

ABŞ səfirliyi ADA Universitetində jurnalistlər üçün ingilis dili kursu təşkil edir


ADA Universiteti
ADA Universiteti

Bakıda ADA Universiteti ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilən “Azərbaycan jurnalistlərinin ingilis dili bacarıqlarının artırılması” proqramını elan edib. Proqramda iştirak etmək istəyənlər dekabrın 1-dək müraciət edə bilər.

ADA Universitetinin məlumatında deyilir ki, layihə Azərbaycan jurnalistlərinə ingilis dilində səlis danışmağa kömək edəcək və ingilis dilində effektiv və inamlı ünsiyyət qurmaq üçün zəruri olan dil bacarıqlarını təkmilləşdirəcək.

“Bu proqram media mütəxəssisləri, cari jurnalistlər, kommunikasiya və PR mütəxəssisləri, jurnalistika dərəcələri təklif edən ali təhsil müəssisələrinin professor-müəllim heyəti və kommunikasiya, jurnalistika ixtisası üzrə magistratura səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulub.”

ADA Universitetinin məlumatına görə, layihə “Ümumi ingilis dili” (1-ci mərhələ) və “Jurnalistikaya xüsusi ingilis dili” (2-ci mərhələ) üzrə geniş çeşiddə semestrlik kurslar təqdim edəcək.

“Bu kurslar iştirakçılara ingilis dilində yerli və qlobal xəbərləri oxumaq, araşdırmaq və inkişaf etdirmək bacarıqlarını artırmağa kömək edəcək. Kurslar həm də jurnalistlərə şifahi ifadə və dinləmə bacarıqlarını təkmilləşdirməyə kömək edəcək. Hər mərhələdə kursların müddəti dörd aydır,” xəbərdə qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG