Accessibility links

Emin Abbasov: Avropa məhkəməsinin qərarlarının icrası ilə bağlı mexanizmlərin işlənməsinə ehtiyac var


Emin Abassov- hüquqşünas
Emin Abassov- hüquqşünas

Hüquqşünas Emin Abbasov Amerikanın Səsinə müsahibəsində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasının hazırkı vəziyyətindən danışıb.

Amerikanın Səsi: Avropa Şurasının Nazirlər Komitəsi Strasburq məhkəməsinin qərarlarının icrasına nəzarət mexanizmi çərçivəsində Azərbaycandan olan bir qrup fəalın işləri barədə bir necə dəfə qətnamə qəbul edib. Söhbət Avropa konvensiyasınin 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddəsilə qorunan hüquqlarının pozulduğu şəxslərdən gedir. Bu şəxslərin işlərinə xüsusi diqqət yetirilməsini nə ilə izah edərdiniz?

Emin Abbasov: Avropa məhkəməsinin qərarlarının icrası ilə bağlı mexanizmlərin işlənməsinə ehtiyac var
please wait

No media source currently available

0:00 0:07:16 0:00

Emin Abbasov: Ümumi olaraq götürdükdə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası konvensiyaya qoşulan ölkələr üçün məcburidir. Bundan irəli gələrək konvensiyanın icrası məqsədi ilə məhkəmə qərarlarının yerinə yetirilməsi hər bir üzv ölkə üçün prioritet olmalıdır. Bu, həmçinin insan hüquqlarının müdafiəsindən irəli gələn əsas tələbdir. Bu, konvensiyaya qoşulan ölkələr üçün bir ümumi öhdəlikdir ki, məhkəmənin qərarlarını tam və tez şəkildə icra etsin. Bu icraetmə eyni zamanda zərərçəkmiş şəxslərə münasibətdə hansısa pozulmuş hüquqların bərpasını əhatə etməlidir. Ümumi tədbirlər eyni zamanda qanun pozuntularına səbəb olan struktur, qanunvericilik və digər praktikadan irəli gələn problemləri aradan qaldırmasını da tələb etməlidir ki, oxşar hüquq pozuntuları, qanunsuzluqlar bir daha təkrarlanmasın. Mən deyərdim ki, bu, məhkəmə qərarlarının icrasının əhəmiyyəti ilə bağlı ümumi əsas səbəbdir. İkinci məsələ isə pozuntuların konvensiyanın 18-ci maddəsinin əlaqəliliyi ilə bağlıdır. Çünki 18-ci maddə konvensiyada ən mühüm müddəalardan biridir. Belə ki, 18-ci maddə hakimiyyətdən sui-istifadənin qarşısını almağa yönəlmiş bir maddədir. Burada pozuntuların tanınması onu deməyə əsas verir ki, üzv dövlətdə bütün hüquq sistemi zərəçəkmiş şəxslərin cəzalandırılması üçün istifadə edilir. Onların hüquqlarının məhdudlaşdırılması konvensiyada və qanunda göstərilmiş legitim məqsədlərdən irəli gəlməyib. Bu baxımdan Nazirlər Komitəsində 18-ci maddənin icrasına mühüm diqqət bundan irəli gəlir.

Amerikanın Səsi: Bu qərarların tam icra olunmaması Azərbaycan üçün hansı hüquqi nəticələr yarada bilər?

Emin Abbasov: Əvvəla onu deyim ki, Konvensiyanın 46.4 cü maddəsinə əsasən Nazirlər Komitəsi hesab edərsə ki, üzv dövlətlər məhkəmə qərarının icrasından imtina edir, o zaman öhdəliyin, yəni məhkəmə qərarlarının icrası ilə bağlı öhdəliyin pozulmasını müəyyənləşdirmək üçün Avropa məhkəməsinə müraciət edə bilər. Bununla bağlı artıq bizdə məhkəmə tarixində ilk dəfə belə bir təcrübə İlqar Məmmədovla bağlı olub. Nazirlər Komitəsi Avropa məhkəməsinə müraciət edib. Avropa məhkəməsi konvensiyanın 46.4-cü maddəsinin pozuntusunu müəyyənləşdirib. Bundan sonra Nazirlər Komitəsi yenidən işin icrasına nəzarəti davam etdirib. Ümumi götürdükdə dövlətlər icra ilə bağlı öhdəliklərindən imtina edərlərsə, bununla bağlı mən düşünürəm ki, təəssüf ki, çox təsirli və səmərəli mexanizmlər yoxdur. Sadəcə üzv dövlətlərin üzvlükdən çıxarılması ilə bağlı prosedurlar var. Ən ağır tədbirlər var, hansı ki, burada üzv ölkələrin üçdə iki səs çoxluğu tələb olunur. Bu mexanizmlər isə çox istisna hallarda istifadə edilə bilir. Buna baxımdan məhkəmə qərarlarının icrası ilə bağlı hər halda səmərəli və tez nəticə verə bilən mexanizmlərin işlənməsinə gərək var.

Amerikanın Səsi: Ümumiyyətlə Avropa məhkəməsinin qərarlarının Azərbaycanda icra olunması vəziyyətini necə qiymətləndirərdiniz? Bu sahədə hansı proplemlər mövcuddur?

Emin Abbasov: Başlamaq istərdim konvensiyanın 18-ci maddəsi ilə bağlı qərarlardan. Məsələn, Məmmədli qrupu işində Nazirlər Komitəsi 18-ci maddə ilə bağlı 9 işin toplandığı qərarların icrasına hal-hazırda genişləndirilmiş nəzarəti davam etdirir. Təbii ki, icrası gözlənilən məhkəmə qərarları təəssüf ki, bununla məhdudlaşmır. Digər sahələrdə digər müddəalarla bağlı, - istər 5-ci (azadlıq, toxunulmazlıq hüququ) maddə olsun, istər 10-cu (fikri ifadə etmək azadlığı) maddə olsun, bununla bağlı genişləndirilmiş nəzarət prosedurları üzrə işlər var ki, həmin işlər də qərarların icrasını gözləyir. Bununla bağlı mən ümumi şəkildə qeyd etmək istəyirəm ki, məhz 18-ci maddə ilə bağlı hələ ki, həm fərdi tədbirlərə münasibətdə, bir neçə ərizəçilərin işləri üzrə qərarların icrası ilə bağlı öhdəliklər yerinə yetirilməyib. İkincisi isə 18-ci maddə ilə bağlı Nazirlər Komitəsinin hökümətdən gözlədiyi ümumi tədbirlər, yəni ki, oxşar hüquq pozuntularının təkrar baş verməsinin qarşısını almaq üçün ümumi tədbirlərin həyata keçirilməsini tələb edir. Bunlara münasibətdə də təəssüf ki, hələ Nazirlər Komitəsi tərəfindən qaneedici hesab ediləcək tədbirlər, islahatlar həyata keçirilməyib. Bunlar əsasən məhkəmə müstəqilliyi ilə bağlı təminatların mövcudluğuna aiddir. Burada xüsusilə vurğulanır, Məhkəmə Hüquq Şurasının struktur idarəetməsinə Ədliyyə Nazirliyi tərəfindən rəhbərlik edilir. Dolayısı ilə bu, Avropa Şurası standratlarına da ziddir. Digər bir məsələ prokurorluq və məhkəmə orqanları tərəfindən, ümumiyyətlə cinayət mühakimə icraatında həbslərlə bağlı qanunların tətbiqi və qanunların konvensiya standartlarına uyğun olmaması ilə bağlıdır. Bu sahədə də dövlətdən bir sıra effektiv islahatalr həyata keçirilməsi tələb edilir. Nəhayət üçüncü məsələ ümumi tədbirlər siyahısında yer alır. Bu isə yerli səviyyədə məhkəmə praktikasının təkmilləşdirilməsi, ümumiyyətlə prokurorluq orqanlarının Avropa məhkəməsi standartları ilə daha yaxşı tanışlığı, onların bacarıqlarının artırılması, bu sahədəki məhkəmə standartlarına zidd olan praktikanın dayandırılmasıdır.

Qeyd : Amerikanın Səsinin ölkənin rəsmilərindən bununla bağlı şərh almaq cəhdi baş tutmayıb. Amma bu ilin fevralında yerli mediaya açıqlama verən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib ki, əhalinin sayına görə şikayətlərin sayına baxdıqda, Azərbaycan Avropa Şurasının üzv dövlətləri arasında bir çox qonşu və Qərbi Avropa ölkələrinin arxa sırasında qalaraq üçüncü onluqda yerləşir. Onun sözlərinə görə, ötən iyirmi il ərzində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Azərbaycanla bağlı 200-dən çox qərar qəbul edib ki, bu qərarlarda Avropa Konvensiyası müddəalarının pozulması müəyyən edilib.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına isə Avropa Şurası Nazirlər Komitəsi baxır.

Avropa Şurası Nazirlər Komitəsinin son bilgilərinə görə, indiyə qədər Avropa Məhkəməsinin Azərbaycanla bağlı 300-dən artıq qərarının icrası nəzarətə götürülüb. Həmin qərarlardan 44-nün icrasına nəzarət qapadılıb, 265 qərarın icrasına nəzarət davam etdirilir. Azərbaycan hakimiyyəti Avropa Şurası Nazirlər Komitəsinin qərarlarına hələ münasibət bildirməyib. Amma bir qayda olaraq, kompensasiyaların ödənildiyi deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG