Accessibility links

Ukrayna ehtiyacı olan ölkələrə taxıl tədarük edəcək


Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü Kyivdə Holodomorun 90-cı ildönümünü qeyd etmək və aclıq və quraqlığın ən böyük təsirinə məruz qalmış ölkələrə taxıl göndərmək üçün “Ukraynadan Taxıl təşəbbüsü”nü təşviq etmək üçün sammit keçirib.

“Böyük Aclıq” kimi tanınan Holodomor 1932-33-cü illərin qışında sovet diktatoru İosif Stalin tərəfindən süni şəkildə yaradılaraq, 8 milyona yaxın ukraynalının ölümü ilə nəticələn aclıq idi.

Zelenski sammitdə Ukraynanın qlobal bazara taxıl və digər ərzaq məhsullarını ixrac etmək barədə öhdəliyini təkrarlayıb. Bunlar “sadəcə boş sözlər deyil,” o deyib.

“Ümumiyyətlə, “Ukraynadan taxıl” proqramı çərçivəsində, biz gələn yazın sonuna qədər limanlarımızdan ən azı 60 gəmi, ayda isə ən azı 10 gəmini aclıq və quraqlıq riski olan ölkələrə göndərməyi planlaşdırırıq. Bunlar Efiopiya, Sudan, Cənubi Sudan, Somali, Yəmən, Konqo, Keniya, Nigeriyadır” – deyə, o bildirib.

Bu təşəbbüs BMT-nin vasitəçiliyi ilə Ukrayna taxılının Qara dəniz vasitəsilə daşınmasına imkan verən razılaşmaya əlavə olaraq həyata keçirilir. Kreml Ukraynadan ixrac edilən qida məhsullarının ən həssas ölkələrə çatmadığını bildirib.

Zelenski Kyivin risk qarşısında olan ölkələrə taxıl ixrac etmək üçün 20-dən çox ölkədən və Avropa İttifaqından təxminən 150 milyon dollar cəlb etdiyini bildirib.

Ukraynanın baş naziri Denis Şmıhal deyib ki, Ukrayna öz maliyyə çətinliklərinə baxmayaraq ehtiyacı olan ölkələr üçün qarğıdalı almaq məqsədilə 24 milyon dollar ayırıb.

Şmıhal həmçinin şənbə günü Kyivdə litvalı və polşalı həmkarları ilə görüşüb. “Lyublin Üçbucağı”nın üç baş naziri Rusiyanın təcavüzünə qarşı birgə işləməyə sadiq olduqlarını təsdiqləyiblər.

Birgə bəyanatda onlar “Rusiya qüvvələrinin Ukraynanın regionlarında törətdiyi sistematik hərbi cinayətləri, o cümlədən mülki əhaliyə və mülki infrastrukturun elementlərinə qarşı qəsdən, fərq qoymadan və qeyri-mütənasib hücumları” pisləyiblər.

Ukrayna eyni zamanda, Rusiyanın son hücumundan sonra elektrik şəbəkəsini təmir etməyə davam edir.

Zelenski şənbə günü axşam videomüraciətində milyonlarla insanın hələ də elektrik işığı olmadan qaldığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG