Accessibility links

Çində məhdudiyyətlərdən qəzəblənən etirazçılar Şi Tsinpinin istefasına çağırıblar


Şanxayda Çinin COVID 19-a qarşı sərt tədbirlərindən narazı olan etirazçılar ölkənin qüdrətli liderinin hakimiyyətdən getməsinə çağırıblar. Ölkənin bir neçə şəhərində bazar günü etirazçıların hökumətə görünməmiş bir şəkildə meydan oxuyaraq küçələrə çıxdığı zaman nümayşçilər və polis arasında toqquşmalar baş verib.

Paytaxt Pekin də daxil olmaqla, ölkənin digər şəhərlərini bürüyən vətəndaş itaətsizliyi dalğası Şi Tsinpinin hakimiyyəti dövründə heç bir presedentə malik deyil.

Çində artıq üç ilə yaxındır COVID-19-un yayılmasının qarşısını almaq üçün ciddi məhdudlaşdırıcı tədbirlər tətbiq edilir.

Sosial mediada yanğın zamanı insan ölümlərinin COVID-19-a qarşı mübarizə tədbirləri ilə bağlı olduğu haqda xəbərlərin yayılmasından sonra Sincan vilayətinin paytaxtı Urumçi şəhərində baş verən yanğın etiraz dalğasına səbəb olub.

Urumçi rəsmiləri şənbə günü COVID-19 ilə mübarizə tədbirlərinin evakuasiya və xilasetmə işlərinə mane olduğuna dair iddiaları təkzib ediblər. 4 milyon əhalisi olan şəhərdə özünü təcrid etmə rejimi tətbiq edilir və bir çox sakinlər öz evlərini 100 gün ərzində azad şəkildə tərk edə bilmirlər.

Şanxayda polis bazar günü Urumçi küçəsində (eyniadlı şəhərin adını daşıyır) mühasirəyə alıb. Burada yanğında həlak olanların xatirəsinə şam işığında keçirilən matəm mərasimi bir gün əvvəl etirazlara çevrilib.

Associated Press agentliyi tərəfindən nəzərdən keçirilmiş etirazların video görüntülərində yüksək səslə “Şi Tsinpin, vəfizədən get! ÇKP (Çin Kommunist partiyası), istefa ver!” şüarlarının səsləndirildiyi eşidilir.

Bazar günü Pekinin Tsinqua Universitetində onlarla insan koronavirus infeksiyasına qarşı “sıfır tolerantlıq” siyasətinə qarşı dinc etiraz aksiyası keçirib. Sosial şəbəkələrdə yayılan videolarda etirazçıların Çinin dövlət himnini oxuduğu görüntülənir.

Üç il əvvəl pandemiyanın başladığı Uhan şəhərində çəkilmiş video görüntülərdə bazar günü yüzlərlə sakinin məhdudiyyətlərin aradan qaldırılmasını tələb etmək üçün küçələrə çıxdığı göstərilir.

Sosial şəbəkələrdə yayılan videoların həqiqiliyini yoxlamaq mümkün olmayıb.

Çin dünya ölkələrində əksər məhdudiyyətlərin artıq aradan qaldırıldığı bir vaxt Şi Tsinpinin sərt COVID məhdudiyyətləri siyasətinə sadiq qalır.

Çində yoluxmaların sayı dünya standartlarına görə aşağı olsa da son bir neçə gündə yoluxma halları bütün vaxtlarda olduğundan ən yüksək həddə çatıb: şənbə günü 40 minə yaxın yeni yoluxma halı qeydə alınıb.

Şi Tsinpinin hakimiyyəti dövründə müxalifətin demək olar aradan qaldırıldığı və vətəndaşların senzuradan ötmək üçün öz fikirlərini əsasən sosial mediada ifadə etdiyi Çində genişmiqyaslı ictimai etirazlar nadir hallarda baş verir.

Mao Tszedundan sonra Çinin ən qüdrətli lideri sayılan Şi bu yaxınlarda yenidən Çinin hakim Kommunist Partiyasının rəhbəri vəzifəsinə təyin edilib və bəziləri onun ömür boyu hakimiyyətdə qalmağa çalışacağını gözləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG