Accessibility links

Cənubi Koreya Çin və Rusiya döyüş təyyarələrinin yaxınlaşmasından sonra reaktiv təyyarələrini havaya qaldırıb


Çinin H-6 bombardmançısı
Çinin H-6 bombardmançısı
Cənubi Koreya ordusu çərşənbə günü altı Rusiya və iki Çin döyüş təyyarəsinin xəbərdarlıq etmədən onun hava hücumundan müdafiə zonasına daxil olması səbəbindən döyüş təyyarələrini havaya qaldırdığını bildirib.
Yaponiya ordusu, həmçinin Rusiya və Çin təyyarələrinin Şərq dənizi kimi tanınan Yapon dənizi üzərində uçuşlarına cavab olaraq reaktiv təyyarələri havaya qaldırdığını bildirib.
Seulun Birləşmiş Qərargah Rəisləri (JCS) deyib ki, Çin H-6 bombardmançı təyyarələri çərşənbə günü səhər saatlarında Cənubi Koreyanın cənub və şimal-şərq sahilləri yaxınlığındakı Koreya Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonasına (KADIZ) dəfələrlə daxil olub və çıxıb.
Bir neçə saat sonra onlar iki Su-35 döyüş təyyarəsi və dörd TU-95 bombardmançı təyyarəsinin müşayiəti ilə Şərq dənizindən zonaya qayıdıblar.
Seul bildirib ki, bütün döyüş təyyarələri nəticədə zonanı tərk edib və heç biri Cənubi Koreyanın hava məkanını pozmayıb.
"Hərbçilərimiz fövqəladə hallarda taktiki tədbirlər görmək üçün Çin və Rusiya təyyarələri KADİZ-ə daxil olmamışdan əvvəl də hərbi hava qüvvələrinə məxsus döyüş təyyarələrini yerləşdirib", - JCS-in bəyanatında deyilir.
Seulun Yonhap xəbər agentliyi adı açıqlanmayan "müşahidəçilər"ə istinadən xəbər verir ki, Pekin və Moskva "birləşmiş hava təlimində iştirak edib".
Yaponiyanın Birləşmiş Qərargahı bildirib ki, Çinin iki H-6 bombardmançı təyyarəsi çərşənbə günü səhər Yapon dənizinə girib və sonra şimala uçub.
İnsident Vaşinqtonun Şimali Koreyanın ən mühüm müttəfiqi olan Çini bu il rekord dərəcədə raket buraxılışını həyata keçirən Pxenyana kömək etmək üçün öz təsirindən istifadə etməyə sövq etdiyi vaxt baş verib.
Çin prezidenti Si Cinpin bu yaxınlarda Kim Çen Ina deyib ki, o, "dünya sülhü" üçün Şimali Koreya lideri ilə işləməyə hazırdır.
Pxenyan bu ayın əvvəlində ən güclü sınaqlarından birində qitələrarası ballistik raket atıb və ABŞ-ın qəbul edilən nüvə təhlükələrinə özünün nüvə silahları ilə cavab verəcəyini bəyan edib.
ABŞ Pekini və Moskvanı Pxenyanı növbəti cəzalardan qorumaqda ittiham edib. May ayında iki ölkə Şimali Koreyanın daha əvvəl raket buraxılışına cavab olaraq ABŞ-ın Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirmək səylərinə veto qoyub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG