Accessibility links

Azərbaycanın rəsmi qurumları Xocalıda Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə danışıqlar aparıb


Rusiya sülhməramlı qüvvələrinin komandanı Anrey Volkov və Azərbaycan rəsmisi (Rəsmi foto, mənbə AZƏRTAC)
Rusiya sülhməramlı qüvvələrinin komandanı Anrey Volkov və Azərbaycan rəsmisi (Rəsmi foto, mənbə AZƏRTAC)

Dekabrın 7-də Qarabağda təbii ehtiyatların qanunsuz istismarı faktlarının araşdırılması üzrə Monitorinq Qrupu Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə danışıqları davam etdirib.

Danışıqların davam etdirilməsi barədə razılaşma dekabrın 3-də sülhməramlı qüvvələrin komandanı general Andrey Volkovla görüşdə əldə olunub.

Azərbaycan İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatında deyilir ki, dekabrın 7-də Azərbaycan İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" QSC-nin mütəxəssislərindən ibarət heyəti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, ekoloji və digər törəmə fəsadlar ilə bağlı Xocalı şəhərində Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirib.

"Görüşdə faydalı qazıntı yataqlarına, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi, habelə dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə edilib" , məlumatda qeyd edilir.

Məlumatda görüşün konstruktiv ruhda keçdiyi, aidiyyatı üzrə təmasların davam etdiriləcəyi vurğulanır.

Qeyd edək ki, dekabrın 3-də baş tutmuş birinci görüşün yekunlarına görə, regionun təbii ehtiyatlarından qanunsuz istifadə faktlarının monitorinqi üzrə Yol Xəritəsinin hazırlanması barədə razılıq əldə olunub.

Söhbət Ermənistan şirkətlərinin təbii ehtiyatları emal etməsindən və hazır məhsulu Qarabağdan Ermənistana aparmasından gedir. Qeyd edək ki, Azərbaycanda bütün bu cür işlər ciddi şəkildə lisenziyalaşdırılır.

Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti və yerli icma görüşün nəticələri ilə bağlı hələ məlumat yaymayıb.

Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin komandanı ilə danışıqlar Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramovun dekabrın 5-də Moskvada keçirlən görüşündən sonraya təsadüf edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG