Accessibility links

Ukrayna Prokurorluğu Rusiya hərbçilərinin seksual cinayətlərinə dair sübutlar toplayır


Qlobal Hüquqlara Uyğunluğun beynəlxalq hüquq məsləhətçisi Elderfild Xersonda Reuters jurnalistləri ilə danışır
Qlobal Hüquqlara Uyğunluğun beynəlxalq hüquq məsləhətçisi Elderfild Xersonda Reuters jurnalistləri ilə danışır

Beynəlxalq hüquqşünaslar qrupu rus qoşunları tərəfindən iddia edilən seks cinayətləri ilə bağlı genişmiqyaslı istintaqın bir hissəsi olaraq azad edilmiş Xersonda Ukrayna prokurorları ilə işləyir.

Bundan əvvəl baş ofisi Haaqada yerləşən beynəlxalq hüquq firması Global Rights Compliance (Qlobal Hüquqlara Uyğunluq) qrupunun şəhərə gəlişi barədə məlumat verilmirdi.

Bu, Rusiyanı Ukraynadakı qüvvələri tərəfindən törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etməyə çalışan Ukrayna hakimiyyətini dəstəkləmək üçün daha geniş beynəlxalq səylərin bir hissəsidir.

Fevral ayında Rusiyanın Ukraynaya təcavüzündən qısa müddət sonra bütün Ukrayna ərazisində zorlama və digər cinayətlərlə bağlı iddialar irəli sürülüb.

Onlar haqqında məlumatı Reuters və BMT agentlikləri toplayıb.

Ukrayna prokurorlarının hesablamalarına görə, iddia edilən cinayətlərin sayı on minlərlədir və ölkənin şərqində və cənubunda gedən müharibə onların araşdırılması kimi çətin işi daha da çətin və təhlükəli edir.

Xerson bir neçə ay rus qoşunları tərəfindən işğal olunub. Noyabrın əvvəlində Ukrayna qüvvələri onu azad etdi və bu, Moskvanın müharibədəki ən böyük məğlubiyyətlərindən biri idi.

Rusiyanın genişmiqyaslı işğalından sonra Ukraynanın baş prokuroru beynəlxalq hüquq baxımından 50 000-dən çox iddia edilən cinayət hadisəsini qeydə alıb.

Bunlara bəziləri xarici tribunallara, xüsusən də Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) göndərilə bilən yüzlərlə potensial müharibə cinayətləri, soyqırım və cinayətlər daxildir.

XS
SM
MD
LG