Accessibility links

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı gender əsaslı zorakılıq mövzusunda film nümayişləri keçirib


Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı gender əsaslı zorakılıq mövzusunda film nümayişləri keçirib
please wait

No media source currently available

0:00 0:02:54 0:00

Dekabrın 8-də və 10-da Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı BMT-nin gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyasına qoşularaq film nümayişləri keçirib. Fəallıq kampaniyası çərçivəsində "Dəcəl uşaqlar" və "Ölümünə boşanmaq" filmləri nümayiş olunub.

"Ölümünə boşanmaq" filmində qeyd olunur ki, hər üç türkiyəli qadından biri məişət zorakılığına məruz qalır. Qadın qətllərinin sayı isə artmaqdadır. Filmdə vəkil İpek Bozkurt zorakılıq edən kişiləri dəmir barmaqlıqlar arxasına qoyaraq qadına qarşı zorakılığa etiraz etməkdə qərarlıdır.

İkinci filmdə isə iyirmi il əvvəl təhsilini davam etdirmək üçün kəndi tərk edən Ahmet Necdet Çupur tərəfindən yaxından qeydə alınan "Dəcəl uşaqlar"nəsillər arasında, keçmişlə indiki zaman arasında toqquşmaların hekayəsidir.

BMT-nin Baş Assambleyası 1999-cu ildə 25 noyabrı Qadına Qarşı Zorakılıqla Mübarizə Günü elan edib.

Rəsmi rəqəmlərə görə, 2021-ci ildə Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayət hadisələrinin sayı 2020-ci illə müqayisədə 19 faiz artaraq 1500-ə yüksəlib. Məişət zorakılığına məruz qalmış şəxslərin təxminən 80 faizini qadınlar təşkil edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG