Accessibility links

Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilib


Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilib
please wait

No media source currently available

0:00 0:02:42 0:00

Dekabrın 12-si Brüsseldə Avropa İttifaqı və Belarus istisna olmaqla Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü baş tutub. Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov görüşə qatılmaq üçün Belçikaya işgüzar səfər edib.

Nazirliyinin məlumatına görə, iclasda Şərq Tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək istiqamətləri, regional təhlükəsizlik, Avropa İttifaqı ilə münasibətlərin perspektivləri haqqında müzakirələr aparılıb.

Nazir Ceyhun Bayramov çıxışında Azərbaycan və Avropa İttifaqı arasında enerji və nəqliyyat əlaqələrinin yaradılması, ticarət əməkdaşlığının inkişaf etdirilməsi imkanlarına toxunub.

"Azərbaycan Şərq Tərəfdaşlığını Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı üçün qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, ümumi maraq və faydalara əsaslanan mühüm yardımçı mexanizm kimi görməkdə davam edir".

Bayramov, həmçinin, Ermənistan - Azərbaycan münasibətlərin normallaşdırılması, regional təhlükəsizlik mövzusuna toxunaraq Ermənistan tərəfini öhdəlikləri yerinə yetirməməkdə ittiham edib.

"Azərbaycan post-münaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını onların bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqlara sahib olmasına zəmanət verməklə yenidən cəmiyyətimizə inteqrasiya etmək niyyətindədir".

Ermənistan Xarici İşlər Nazirinin müavini Paruyr Hovhannisyan çıxışında Azərbaycan tərəfini təcavüzkar siyasət yürütməkdə və Ermənistanın suveren ərazilərini işğal etməkdə günahlandırıb.

“Müharibə qızışdırıcı ritorikası və güc tətbiqi hədəsi ilə Azərbaycan Ermənistanı güzəştə getməyə vadar etməyə çalışır”.

Görüşdən sonra mətbuat konfransında Avropa İttifaqının Xarici İşlər İdarəsinin rəhbəri Cozep Borrell Avropa İttifaqının oktyabr ayında Ermənistana göndərdiyi Monitorinq missiyasının işini uğurla başa çatdırdığını qeyd edib. “Buna baxmayaraq, Ermənistan və Azərbaycan arasında dialoqun vasitəçisi kimi etibarımızı qorumaq üçün, razılıq əldə olunarsa, gələn il mümkün mülki missiyanın başlanmasını planlaşdırmaq məqsədi ilə Ermənistana komanda göndəriləcək”.

Borrell görüş barədə Twitter hesabında "Biz təhlükəsizlik və müdafiə sahəsində işi gücləndirməli, təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz üçün fəaliyyətimizi davam etdirməliyik" yazıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG