Accessibility links

Peter Mixalko: Biz müvəqqəti həbsə alınan hüquq müdafiəçilərinin, aktivistlərin vəziyyətini diqqətdə saxlayacağıq


Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko (ortada)
Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko (ortada)

"Fəal vətəndaş cəmiyyəti dayanıqlı inkişafı təmin edir. Ona görə də vətəndaş cəmiyyəti üçün adekvat şərait təmin olunmalıdır. Vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti üçün məkan daralmamlıdır və mövcud qanunvericilik daha da təkmilləşdirilməlidir".

Bu sözləri dekabrın 15-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, vətəndaş cəmiyyəti hər bir ölkədə hökumət qurumlarının vacib tərəfdaşıdır, ona görə də vətəndaş cəmiyyətinə dəstək vacibdir.

"Bu təşkilatların qrantlara çıxışı təmin olunmalıdır. Biz bütün tərəflərlə təmasımızda da vətəndaş cəmiyyəti ilə bağlı vəziyyəti vurğulayırıq. Bu nəninki qrantlarla bağlıdır, həmçinin onların qeydiyyata alınması ilə, fəaliyyəti üçün adekvat mühitlə bağlıdır" , Peter Mixalko vurğulayıb.

Diplomat, həmçinin qanunun aliliyi və məhkəmə islahatlarının vacibliyinə toxunub.

"Biz bu sahələrə diqqət verməkdə davam edəcəyik və dialoqumuzda nəzərdə saxlayacağıq və lazım olduqca gündəmə gətirəcəyik. Mənfi hallar - hüquq müdafiəçilərinin, aktivistlərin müvəqqəti həbsdə saxlanılması, bu halları görmək bizi də usandırır. Bu ilin sonuna yaxın belə hal baş verib" , o deyib.

Səfir mənfi hallarla bərabər müsbət halları da qeyd edib.

"Məsələn, Tərtər işi ilə bağlı müəyyən müsbət dəyişiklikləri görürük. Aİ bu iş üzrə günahsız yerə həbsə və işgəncəyə məruz qalanlara bəraət verilməsini, bu iş üzrə hüquq pozuntusu törədənlərin məsuliyyətə cəlb olunmasını istəyir. Biz müvəqqəti həbsə alınan hüquq müdafiəçilərinin, aktivistlərin də vəziyyətini diqqətdə saxlayacağıq. Onlarla ədalətli davranış olmalıdır" , o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG