Accessibility links

Saxarov mükafatının Ukrayna xalqına təqdim edilməsi mərasimi keçirilib


Saxarov mükafatının Ukrayna xalqına təqdim edilməsi mərasimi keçirilib
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Ukrayna xalqı Avropa Parlamentinin Saxarov mükafatına layiq görülüb. Mükafat dekabrın 14-də Strasburqda baş tutan mərasimdə ukraynalı təmsilçilərə təqdim edilib. Saxarov Fikir Azadlığı mükafatı 1988-ci ildən bəri hər il insan hüquqları və fundamental azadlıqların müdafiəsinə görə verilir.

"Avropanın mesajı aydındır: Biz Ukraynanın yanındayıq. Kənara baxmayacağıq. Ukrayna xalqı təkcə müstəqillik müharibəsi deyil, dəyərlər müharibəsi aparır" , Avropa Parlamentinin Prezidenti Roberta Metsola çıxışında vurğulayıb.

Videokonfrans vasitəsilə mərasimə qoşulan Prezident Zelenski müharibədə həyatını itirənlərin 1 dəqiqəlik sükutla yad edilməsini istəyib:

"Biz müharibəni başladanların hamısını məsuliyyətə cəlb etmək və təcavüzün təkrarlanmasının qarşısını almaq üçün müharibənin bitməsini gözləmədən indi hərəkətə keçməliyik. Bu, Avropa Parlamentinin, xüsusilə, bu mükafatın təcəssüm etdiyi azadlığın, insan haqlarının, qanunun aliliyinin və digər ümumi dəyələrin ən səmərəli müdafiəsi olacaq".

Parlamentin məlumatında deyilir ki, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı başlatdığı əsassız işğalçılıq müharibəsi insan itkiləri, şəhər və kəndlərin xarabalığa çevrilməsi baxımından Ukrayna xalqına çox böyük zərər vurur. Ukrayna xalqı öz evini, suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün döyüşür. Eyni zamanda onlar hər gün döyüş meydanlarında azadlıq, demokratiya, qanunun aliliyi və Avropa dəyərləri üçün mübarizə aparır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG