Accessibility links

ABŞ səfirliyi Peşəkar Təqaüd Proqramını açıq elan edib


ABŞ-ın Azərbaycandakı səfirliyi (2023/Yaz 2024) Peşəkar Təqaüd Proqramını müraciətlər üçün açıq edlan edib. Müraciətlər 31 yanvar 2023-cü ilədək qəbul ediləcək.

Peşəkar Təqaüdçülər Proqramı (PFP) ABŞ Dövlətm Departamentinin Təhsil və Mədəniyyət İşləri Bürosu tərəfindən maliyyələşdirilir və Beynəlxalq Təhsil üzrə Amerika Şuraları tərəfindən idarə olunur.

Avropa və Avrasiya üçün Peşəkar Təqaüdçülər Proqramı qarşılıqlı anlaşmanı təşviq etmək, liderlik və peşəkar bacarıqları artırmaq, habelə xarici ölkələr və ABŞ-dan olan orta səviyyəli inkişaf etməkdə olan liderlər arasında davamlı tərəfdaşlıq qurmaq üçün nəzərdə tutulmuş qlobal mübadilə proqramıdır.

PFP iştirakçıları fərdi olaraq uyğunlaşdırılmış peşəkar inkişaf təcrübəsi üçün qeyri-kommersiya təşkilatlarında, özəl biznes sektorlarında və Birləşmiş Ştatlarda dövlət idarələrində intensiv olaraq 5-6 həftə ərzində təcrübə keçirlər.

XS
SM
MD
LG