Birləşmiş Millətlər Təşkilatı daha yaxşı həyat üçün evlərini tərk etmək üçün çətinliklərlə üzləşmiş yüz milyonlarla miqrantın töhfələrini xatırlamaq üçün dekabrın 18-i Beynəlxalq Miqrantlar Gününü qeyd edir.
Bu, artan sayda Avropa ölkələrinin Əfqanıstan, Yaxın Şərq və Afrikadan olan qaçqın və iqtisadi miqrantların üzünə qapılarını bağladığı və Mərkəzi Amerikadan sayları getdikcə artan miqrantların ABŞ-ın cənub sərhədini keçməyə çalışdıqlarıbir vaxt baş verir.
Birləşmiş Millətlər Təşkilatı bildirir ki, insanlar evlərini könüllü tərk etmir və dünyada 280 milyon beynəlxalq miqrantın əksəriyyəti münaqişə, təqib, çıxılmaz yoxsulluq və getdikcə artan iqlim dəyişikliyi səbəbindən köçməyə məcbur olub.
Qanuni yolları olmayan bir çox miqrant sığınacaq ölkələrinə təhlükəli yollarla gedir. Çoxları yolda istismar olunur və ölür.
Beynəlxalq Miqrasiya Təşkilatı son səkkiz ildə 50 000-dən çox miqrantın öldüyünü, minlərlə miqrantın isə yoxa çıxdığını təxmin edir.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qhebreyesus da bu fikirləri təkrarlayıb. O deyib ki, ölkələr çətin vəziyyətə düşənlərə kömək, səhiyyə xidmətləri və həssas insanların müdafiəsini təmin etmək üçün hüquqi və mənəvi vəzifə daşıyır.
Birləşmiş Millətlər Təşkilatının bildirdiyinə görə, miqrantların hüquqları insan hüquqlarıdır və ayrı-seçkilik olmadan onlara hörmət edilməlidir.
Qurum əlavə edib ki, bu hüquqlar insanların qaçmağa və ya könüllü köçməyə məcbur olub-olmamasından asılı olmayaraq onlara aiddir.