Accessibility links

Rusiya qoşunları Xersonun mərkəzini atəşə tutub


Rusiya qoşunları bazar günü Xersonun mərkəzini atəşə tutub. Nəticədə 3 nəfər yaralanıb.

Bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirilo Timoşenko məlumat verib.

Rus qoşunları ötən ay Xersondan geri çəkilib, lakin şəhər və onun ətrafı tez-tez hücumlara məruz qalır.

Vilayətin qubernatoru Yaroslav Yanuşeviç bazar günü bildirib ki, Rusiya qoşunları son sutka ərzində raket, minaatan və tanklardan istifadə etməklə 54 zərbə endirib. Bu, ümumilikdə üç nəfərin ölümü və altı nəfərin yaralanması ilə nəticələnib.
Bu arada Ukrayna prezidenti Vladimir Zelenski Rusiya təcavüzünü pisləmək üçün dünya çempionatının finalından istifadə edib.

"Bu FIFA Dünya Kuboku dəfələrlə sübut edib ki, müxtəlif ölkələr və müxtəlif millətlər kimin daha güclü olduğuna ədalətli oyunda qərar verə bilər, amma odla oynamamaq - yaşıl oyun meydançasında, qırmızı döyüş meydanında deyil", Zelenski deyib.

Argentina və Fransa arasında Qətərdə keçirilən final oyunundan bir neçə saat əvvəl ingilis dilində video-mesaj yayımlanıb.
XS
SM
MD
LG