Accessibility links

Şimali Koreya peyk kəşfiyyatı sahəsində irəliləyiş əldə etdiyini iddia edir


Şimali Koreya Cənubi Koreyanın Seul və İnheon şəhərlərinin peyk fotoşəkillərini çəkdiyini iddia edir.

Dövlət mediası ilk hərbi kəşfiyyat peykinin yaradılması istiqamətində uğurları ilə bağlı məlumatlar yayır. Dövlətə məxsus Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Şimali Koreyanın qərbindəki Sohae Peyk Başlatma Stansiyasından kosmosa göndərildiyi iddia edilən saxta peykin iştirakı ilə vacib son mərhələ sınağı barədə məlumat verib.

Kosmosda çəkilən şəkillərlə yanaşı, KCNA uydurma peykdən götürülmüş Seul və İncheonun bir cüt aşağı rezolyusiyaya malik, ağ-qara şəkillərini yerləşdirib.

KCNA bildirib ki, sınaq "peyk fotoqrafiyası, məlumat ötürmə sistemi və yer üzərində idarəetmə sisteminin imkanlarını qiymətləndirmək üçün" nəzərdə tutulub.

Şimali Koreyanın Milli Aerokosmik İnkişaf Administrasiyasının rəsmilərinə istinadən xəbərə əlavə edilib ki, kəşfiyyat peyki üçün hazırlıqlar aprel ayına qədər başa çatacaq.

Şimali Koreya lideri Kim Çen İn ötən il hərbi kəşfiyyat peyklərini tezliklə inkişaf etdirməyi planlaşdırdığı əsas silah sistemlərinin siyahısına daxil edib.

Bu ilin əvvəlində Şimali Koreya bu məqsədə çatmaq üçün çoxsayda sınaqlar keçirib. Mart ayında Kim Şimali Koreyanın ABŞ və onun regional müttəfiqlərinin "təcavüz qoşunları" adlandırdığı "real vaxtda məlumat" vermək üçün orbitə casus peykləri buraxmağı planlaşdırdığını deyib.

Bu kimi hadisələrin hərbi əhəmiyyəti aydın deyil. Şimali Koreya orbitdə eyni vaxtda neçə casus peyk saxlamaq niyyətində olduğunu açıqlamayıb.

Təhlilçilər görüntülərin keyfiyyəti ilə bağlı qeyri-müəyyəndirlər, lakin onlar Şimali Koreyanın yerli peyk proqramına təbliğat əhəmiyyəti verə biləcəyini deyir.

ABŞ-da yerləşən Ceyms Martin Silahların Yayılmaması Tədqiqatları Mərkəzinin baş elmi işçisi Deyv Şmerler bildirib ki, son görüntülərin keyfiyyəti kommersiya baxımından əldə edilən peyk fotoşəkillərindən aşağıdır.

"Lakin onlar bunun üzərində işləyirlər. Onlar müstəqil inkişafın juche ideyasına sadiq qalacaqlar və sıfırdan inşa edəcəklər” - deyə o, Şimali Koreyanın güvəndiyi rəsmi siyasi ideologiyasına istinad edərək əlavə edib.

Şimali Koreya orbitə sonuncusu 2016-cı ilin fevralında olmaqla ən azı iki peyk yerləşdirib. Lakin onların heç birinin işləmədiyi güman edilir.

Pxenyan bu buraxılışların onun dinc kosmosun inkişafı proqramının bir hissəsi olduğunu iddia edir.

Birləşmiş Ştatlar və müttəfiqləri bunları uzunmənzilli raket texnologiyasının maskalanmış sınaqları kimi pisləyib.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasnın çoxsaylı qətnamələrinə əsasənŞimali Koreyanın hər bir ballistik raket fəaliyyətinə qadağa qoyulub.

Bu il Şimali Koreya qitələrarası ballistik raketlər də daxil olmaqla, ABŞ-ın materik hissəsinə çata biləcək rekord sayda raket buraxıb.

XS
SM
MD
LG