Accessibility links

Twitter sorğusu bağlandı, istifadəçilər Maskın rəhbər vəzifəsindən getməsinin lehinə səs verdi


Milyarder İlon Maskın Twitter rəhbəri vəzifəsindən istefa verməsi ilə bağlı sorğuya cavab verən 17,5 milyon istifadəçinin yarısından çoxu "hə" deyə, səs verib.

Twitter və ya Maskdan bunun baş verib-verməyəcəyi ilə bağlı hələ heç bir açıqlama verilməyib. Baxmayaraq ki, o, nəticələrə əməl edəcəyini deyib.

Mask bir çox cəbhədə bəzi istifadəçilərlə mübahislərə girib. O, Twitter istifadəçilərindən rəqib sosial media saytlarının xatırlanmasını qadağan edən yeni məhdudiyyətləri tətbiq etməklə səhvə yol verdiyini etiraf etdikdən sonra sosial media platformasına rəhbərlik edib-etməyəcəyinə qərar vermələrini istəyib.

Daha əhəmiyyətli siyasət dəyişikliyində Twitter istifadəçilərin daha Facebook, Instagram, Mastodon və şirkətin "qadağan edilmiş" kimi təsvir etdiyi digər platformalara keçid edə bilməyəcəyini açıqlayıb.

Lakin bu qərar Twitter-in yeni milyarder sahibinin keçmiş müdafiəçiləri də daxil olmaqla, o qədər tənqidlərə səbəb oldu ki, Mask istifadəçilər arasında onlayn sorğu keçirmədən daha böyük siyasət dəyişikliyi etməyəcəyinə söz verib.

Qadağan edilmiş platformalar arasında Facebook və Instagram kimi əsas internet saytları və yeni rəqiblər Mastodon, Tribel, Nostr, Post və keçmiş prezident Donald Trump's Truth Social daxildir.

Twitter qara siyahıya niyə Parler, TikTok və ya LinkedIn kimi yeddi vebsaytın daxil edildiyini izah etməyib. Twitter ən azı müvəqqəti olaraq profilində qadağan edilmiş veb saytları ehtiva edən hesabları dayandıracağını bildirib. Bu, o qədər geniş yayılmış bir təcrübədir ki, Twitter-in dünya üzrə milyonlarla istifadəçisi üçün məhdudiyyətləri tətbiq etmək çətin olardı.

Şirkətdən bildiriblər ki, təkcə linklər deyil, həm də "instagram dot com" yazıb qadağanı keçmək cəhdləri fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

Mask noyabrın 16-da məhkəmədə vaxtını Tesla və SpaceX və Twitter daxil olmaqla, digər şirkətləri arasında necə bölüşdürdüyü ilə bağlı sorğu-sual edilib.

Elektrik avtomobil şirkətinin baş direktoru kimi Mask potensial 55 milyard dollarlıq təzminat planına bir səhmdarın etirazı ilə bağlı Delaver ştatının Kanser Məhkəməsində ifadə verməli olub.

Mask heç vaxt Tesla şirkətinin baş direktoru olmaq niyyətində olmadığını və heç bir başqa şirkətdə də baş icraçı olmaq istəmədiyini, bunun əvəzinə özünü mühəndis kimi görməyə üstünlük verdiyini deyib.


XS
SM
MD
LG