Accessibility links

Putin Qərbin Rusiyanı "parçalamaq" niyyətində olduğunu deyib


Rusiya prezidenti Vladimir Putin bazar günü milli televiziyada yayımlanan müsahibə çıxarışlarda Qərbi Rusiyanı "parçalamaq" cəhdinə görə tənqid edib.

"Bütün bunların əsasında bizim geosiyasi opponentlərimizin Rusiyanı, tarixi Rusiyanı parçalamağa yönəlmiş siyasət dayanır. Onlar həmişə “parçala və fəth etməyə” çalışıb.. Bizim məqsədimiz başqadır - rus xalqını birləşdirmək" , Putin bildirib.

O, "tarixi Rusiya" anlayışından istifadə edərək, ukraynalılarla rusların bir xalq olduğunu iddia edib.

Putin Kyivin suverenliyini kölgə altına alaraq, Ukraynaya 10 aylıq hücumuna haqq qazandırıb.

"Biz düzgün istiqamətdə hərəkət edirik, öz milli maraqlarımızı, vətəndaşımızın, xalqımızın maraqlarını qoruyuruq" - deyə, Putin bildirib.

Prezident Moskvanın münaqişənin "məqbul həll yolunu tapmaq üçün bu prosesin bütün iştirakçıları ilə danışıqlara hazır olduğunu" təkrarlayıb.

Ukrayna prezidenti Vladimir Zelenski fevral ayında hücum başlayandan bəri Ukraynadan kənara ilk səfərində ABŞ prezidenti Co Baydendən möhkəm dəstək vədləri, o cümlədən Pentaqonun ən qabaqcıl hava hücumundan müdafiə sistemini qazanıb.

"Əlbəttə, biz onları 100 faiz məhv edəcəyik!" - deyə, Putin Zelenskiyə vəd edilən "Patriot" raket sisteminə istinad edərək əlavə edib.

XS
SM
MD
LG