Accessibility links

2022 rohincalılar üçün ən ölümcül il olub


Qaçqınlar Banqladeş düşərgələrindəki çıxılmaz şəraitdən qaçmağa çalışarkən son həftələrdə göyərtəsində 180 Rohinca müsəlmanının olduğu bir gəminin batması ehtimalı 2022-ci ili demək olar ki, on ildə dənizdə ən çox insanın həyatını itirdiyi illərdən birinə çevirə bilər.

Myanmadan olan təxminən 1 milyon Rohinca müsəlmanları, o cümlədən 2017-ci ildə ordunun ölümcül repressiyasından sonra vətənlərini tərk edən on minlərlə insan Banqladeşdə izdihamlı düşərgələrində yaşayır.

Hüquq qruplarının hesablamalarına görə, bu il Banqladeşi qayıqlarla tərk edən rohincaların sayı bir il əvvəllə müqayisədə beş dəfədən çox artıb.

Cənub-Şərqi Asiyada COVID məhdudiyyətlərinin qaldırılmasının insanların tələsməsinə səbəb olub-olmadığı aydın deyil.

Əhalisinin əksəriyyəti Buddist olan Myanmada rohincaların çoxu vətəndaşlıqdan məhrum edilib və onlar Cənubi Asiyadan gələn qeyri-qanuni mühacir hesab edilir.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) bildirib ki, noyabrın sonunda yola çıxan qayığın itkin düşməsindən ehtiyatlanır və göyərtəsində olan 180 nəfərin hamısının öldüyü ehtimal edilir.

UNHCR üzməyə yararlı olmayan qayığın dekabrın əvvəlində əlaqəni itirmədən əvvəl çatlamağa başladığını bildirib və əlavə edib ki, qayığın haradan səfərə başladığı bəlli deyil. Qurum qayıqda ailəsi olan biri də daxil olmaqla, üç rohincalının Banqladeşdən yola düşdüyünü bildirib.

"Bu il artıq 200-ə yaxın rohincalının dənizdə öldüyü və ya itkin düşdüyündən ehtiyat edilir. Biz ümid edirik ki, itkin düşən 180 nəfər hələ də haradasa sağdır", BMT sözçüsü Babar Baloç deyib.

UNHCR 2013-cü ildə Andaman dənizi və Benqal körfəzində 900-ə yaxın, 2014-cü ildə isə 700-dən çox rohincalının öldüyünü və ya itkin düşdüyünü təxmin edir.

2022-ci il 2013 və 2014-cü ildən sonra ölü və itkin düşmüş insanlar üçün ən pis illərdən biri olub" deyən Baloç qaçmağa çalışan insanların sayının COVID-19 pandemiyasından əvvəlki səviyyəyə qayıtdığını əlavə edib.

Banqladeş əvvəllər insan qaçaqmalçılarını həbs edirdi. Sıx məskunlaşan ölkə beynəlxalq ictimaiyyətdən bu qədər qaçqına ev sahibliyi etmək yükünü yüngülləşdirməyə yardım etməsini xahiş edib.

Bu ayın əvvəlində iki Rohinca qrupu Hindistan sahillərində iki həftə qapalı qalan ən azı 100 nəfəri daşıyan qayıqda 20-yə qədər insanın aclıq və ya susuzluqdan öldüyünü bildirib.

Bazar ertəsi Beynəlxalq Miqrasiya Təşkilatı bildirib ki, 57 rohincalı təxminən bir aylıq yolçuluqdan sonra bazar günü İndoneziyanın Aceh Besar bölgəsinə çatıb. İndoneziya rəsmiləri şərh haqda müraciətə cavab verməyib.

Aralarında qadın və uşaqların da olduğu 230 rohincalı İndoneziyanın Aceh əyalətinin sahillərinə enib, bu ay isə Şri-Lanka donanması 104 rohincalını xilas edib.

XS
SM
MD
LG