Accessibility links

ABŞ-Meksika sərhədində xaotik vəziyyət qarşıda daha çox problemlərdən xəbər verir


COVID-19 pandemiyası və ABŞ-ın sığınacaq əldə edilməsini dayandırmaq səylərləri 2022-ci ildə ABŞ-da immiqrasiya siyasətinə və tətbiqinə əhəmiyyətli dərəcədə təsir edib.

Müxtəlif hesabatlarda ABŞ sərhəd rəsmiləri və immiqrasiya müdafiəçiləri deyir ki, sərhəd göstəriciləri bəzi ölkələrdə insanları ABŞ-ın cənub sərhədinə üz tutmağa məcbur edən iqtisadi və siyasi şəraiti əks etdirir.

Ən çox danışılan təlimatlardan biri ictimai səhiyyə ilə bağlı fövqəladə hallar zamanı miqrantların dərhal qovulmasına imkan verən ictimai səhiyyə siyasəti olan 42-ci maddədir. O, koronavirus pandemiyasının başlanğıcında keçmiş prezident Donald Trampın dövründə tətbiq edilib.

Ali Məhkəmə miqrantlar üçün pandemiya dövrünün məhdudiyyətlərini qüvvədə saxlamaq üçün müvəqqəti sərəncam verib.

Mühafizəkarlığa meylli ştatlar qısa olsa da möhlət qazanıb. Beləliklə sığınacaq axtaranların hamısını olmasa da, çoxunun deportasiyasına imkan verən tədbir əldə edilib.

42-ci maddə adlı ictimai səhiyyə qaydası COVID-19-un yayılmasının qarşısının alınması səbəbi ilə 2020-ci ilin mart ayından bəri ABŞ və beynəlxalq qanunlara əsasən 2,5 milyon dəfə miqrantları sığınacaq axtarmaq hüququndan məhrum edib.

Prezident Co Bayden bunun dekabrın 31-nə qədər bitməsini istəyir. "Biz etiraf etməliyik ki, hər şeydən əvvəl, siyasətin əsaslandırılması artıq mövcud deyil" - deyə, Las Americas Immigration Advocacy Center-in immiqrasiya üzrə vəkili və İvrit İmmiqrant Yardım Cəmiyyətinin sərhəd üzrə əməkdaşı Nicolas Palazzo bildirib.

Saxlanılan və tutulmayan miqrantlarla birbaşa işləyən Palazzo sərhəd siyasətinin tarixən icraedici fəaliyyətlə idarə olunduğunu deyib.

Çərşənbə axşamı günü Bayden administrasiyası məhkəməni Respublikaçıların rəhbərlik etdiyi 19 ştatın ABŞ-Meksika sərhədində 42-ci maddənin məhdudiyyətlərini saxlamaq tələbini rədd etməyə çağırıb. Administrasiya, həmçinin "8-ci maddənin əməliyyatlarına nizamlı keçid" üçün təlimatın ləğvindən əvvəl əlavə bir həftə vaxt istəyib.

8-ci maddə immiqrasiya və milliyyətlə bağlı Konqres tərəfindən qəbul edilmiş immiqrasiya kodudur. Koda əsasən, sərhədə sənədsiz gələn və ya giriş limanları arasında girməyə çalışanlar immiqrasiya məhkəməsi tərəfindən işlərinə baxılmadan çıxarıla bilərlər.

Bununla belə, əgər miqrant sığınacaq tələb etmək istəyirsə, çıxarılmazdan və ya deportasiya edilməzdən əvvəl sığınacaq üzrə məsul şəxs tərəfindən sorğulanır.

Federal qanun digər ölkələrdən olan insanlara evdə təqiblərdən qorxduqları halda ABŞ-da sığınacaq axtarmağa icazə verir. Onlar ABŞ-da olmalı və təqib qorxusunu sübut etməlidirlər.

İmmiqrasiya mütəxəssisləri izah edirlər ki, 8-ci maddədən hətta pandemiya zamanı belə sərhəddə həmişə istifadə olunub.

ABŞ Gömrük və Sərhəd Patrulunun (CBP) məlumatlarına görə, 2022-ci maliyyə ilində 1 299437 miqrant 8-ci maddə ilə prosesdən keçirilib. Bu o deməkdir ki, onlar ya immiqrasiya məhkəməsi tərəfindən işlərinə qərar verilmədən tez bir zamanda çıxarılıb, ya da etibarlı yoxlamadan keçərək ABŞ-a girişlərinə icazə verilib.

XS
SM
MD
LG