Accessibility links

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndəsi olacaq


Dövlət Təhlükəsizliyi Xidməti (Rəsmi foto, mənbə DTX)
Dövlət Təhlükəsizliyi Xidməti (Rəsmi foto, mənbə DTX)

Dekabrın 28-də Prezident İlham Əliyev Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətilə beynəlxalq təşkilatlar, xarici dövlətlərin xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanları arasında əməkdaşlığın səmərəliliyinin artırılması haqda fərman imzalayıb.

Sənəddə beynəlxalq terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq və kibercinayətkarlığa qarşı mübarizənin səmərəliliyini artırmaq üçün Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinə ölkə prezidentilə razılaşdırmaqla Dövlət Təhlükəsizliyi Xidmətinin digər ölkələrdə və beynəlxalq təşkilatlarda nümayəndələrini təyin etmək tapşırılıb.

Namizədlər dövlət başçısına təqdim edilmədən öncə Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılmalıdır.

Fərmanda deyilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələri Azərbaycanın diplomatik nümayəndəliklərində öz funksiyalarını yerinə yetirirlər.

XS
SM
MD
LG