Accessibility links

Talibanın Əfqanıstanda qadınlara təhsil qadağasına etirazlar davam edir


Onlarla qadın hüquq müdafiəçisi və qız tələbə Əfqanıstanın bəzi böyük şəhərlərində qadınların təhsil və işlə təmin olunmasını tələb edərək etiraz aksiyası keçirib.

Həmçinin, qadın həmkarlarının qadınların universitet təhsilinə qoyulan qadağaya görə universitetlərə daxil olmasına icazə verilmədikdən sonra oğlan tələbələrin imtahanları boykot etdiyi barədə məlumatlar var.

Talibanın fərmanına cavab olaraq onlarla müəllim istefa verib.

Əfqanıstanın Taliban liderləri çərşənbə axşamı növbəti qərara qədər qadın tələbələrin ölkədəki dövlət və özəl universitetlərə girişinin dərhal qadağan edilməsini əmr edib.

Ali Təhsil Nazirliyinin sözçüsü Hafiz Ziya Haşami deyib ki, qərar Taliban kabinetinin verdiyi qərara uyğun, rəsmi olaraq bütün universitetlərə çatdırılıb.

Birləşmiş Ştatlar bu qərarı qəti şəkildə pisləyərək, bunu "tamamilə müdafiə olunmayan mövqe" adlandırıb.

Talibanın ali təhsil naziri qadağanı müdafiə edərək bildirib ki, qadın universitet tələbələri cinsiyyətə görə ayrılmış dərslərə və geyim qaydalarına "uyğun gəlməyib".

"Biz qızlara hicab taxmağı tapşırmışıq, lakin onlar buna əməl etməyib. Bunun əvəzinə onlar toy məclislərinə gedirmiş kimi paltarlar geyinib"- deyə, Neda Məhəmməd Nadim Talibanın idarə etdiyi dövlət televiziyasına bildirib.

Bu addım 16 ay əvvəl hakimiyyəti ələ keçirdikdən sonra Talibanın əfqan qadınlarının ictimai həyata və təhsil imkanları qarşısında qoyduğu bir sıra məhdudiyyətlərdən sonuncusudur.

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG