Accessibility links

Belarus alayı Ukraynada Rusiyaya qarşı döyüşür


Belarus alayı Ukraynada Rusiyaya qarşı döyüşür
please wait

No media source currently available

0:00 0:04:02 0:00

Belarus alayı Ukraynada Rusiyaya qarşı döyüşür

Bu yaxınlarda Rusiya və Belarusun keçirdiyi birgə hərbi təlimlər Ukraynaya şimaldan ikinci hərbi müdaxilə olacağına dair narahatlıqları artırıb. Ukraynalılar Belarusu təcavüzkar kimi görsələr də, bəzi müşahidəçilər və Belarus müxalifətinin nümayəndələri deyirlər ki, bütün belaruslular Rusiyanın tərəfində deyil. Əslində, bəzi belaruslular Ukrayna ordusuna qoşulmaqla Ukrayna sadiqliklərini sübut etmək qərarına gəliblər.

Belaruslular Ukraynadakı xarici döyüşçülərin ən gözəçarpan kontingentlərindən biridirlər. Prezident Aleksandr Lukaşenko rejiminin əleyhinə olan belaruslu könüllülər 2014-cü ildən bəri Ukrayna qüvvələri ilə birlikdə döyüşürlər.

Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxilə etdiyi zaman yüzlərlə belaruslu döyüşə qoşulmaq qərarına gəldi və daha sonra Kastuś Kalinoŭski adlandırılan alayı formalaşdırdı. 1863-cü ildə Rusiya imperiyasına qarşı üsyanın təşəbbüskarı olan Belarus yazıçısı və inqilabçısının adını daşıyan könüllü alay bir neçə yüz döyüşçüdən ibarətdir.

Alayda bir çoxları özlərinə və ailələrinə qarşı qisas qorxusu səbəbilə ləqəblərdən istifadə edirlər. Alay liderləri hesab edirlər ki, onların rolu Ukraynaya azadlığı uğrunda mübarizəyə kömək etməkdir.

“Ukraynanın əziyyət çəkdiyini düşünən belaruslular bura gəlib, silaha sarılırlar. Onlar hərəkətləri ilə göstərirlər ki, Ukraynanın burada və indi yardıma ehtiyacı var. Alayımıza qoşulan oğlanlaq hesab edirlər ki, Ukrayna [Rusiya prezidenti Vladimir] Putinin təcavüzündən, Belarus isə Putin və Lukaşenkonun təcavüzündən azad olmalıdır, ona görə də mən hesab edirəm ki, bu, Belarusun yeni ordusunun bazasıdır,” alay komandiri Denis “Kit” deyir.

2015-2016-cı illərdə Ukraynanın Azov batalyonunda xidmət edən Denis "Kit"bildirib ki, onlar ukraynalıların yanında olmaqla təkcə Ukraynaya kömək etmir, həm də müstəqil olsa da, Rusiyanın yaxın müttəfiqi olan öz ölkələri üçün azadlıq uğrunda mübarizə aparırlar.

“Belarus işğal olunub. Mədəniyyət məhv olub; dil məhv olub. Biz alayımız vasitəsilə mədəniyyəti, dili yenidən qurmağa çalışırıq. Bizim göstərmək istədiyimiz əsas şey odur ki, əsl belaruslular mövcuddur - onlardan çoxdur. Onlar buradadırlar, kömək edirlər. Belarusda hələ də bizim kimilər çoxdur, ancaq rejim onları əzir,” Denis “Kit” bildirir.

Hərbi hissənin bütün üzvləri öz rolunu dərk edirlər.

“Rusiya Federasiyası, Putin və onun nökəri Lukaşenko ölkəmizi, müstəqilliyimizi oğurlayıb,” alay üzvü ‘Mirek’ deyir.

Mirek ləqəbini daşıyan əsgər öz təcrübəsindən danışır. O, 2020-ci ildə etiraz hərəkatına qədər Belarus Daxili İşlər Nazirliyinin qüvvələrində xidmət göstərib. Etirazçılara qarşı ölümcül təqiblərdən sonra isə o, Lukaşenko hökumətinə xidmət göstərə bilməyəcəyini anlayıb. İndi o, Kalinovski alayındadır və cəbhə xəttinə getməyə hazırlaşır.

“Ziqqi” ləqəbli litvalı hərbi təlimçi əsgərlərin meydanda real döyüşə hazır olmalarını təmin edir.

O, ailəsinin ruslardan çəkdiyi əzabların qisasını almaq üçün burada olduğunu deyir.

“Mənim babalarım Sibirdə QULAQ-a göndərilib. Bu gün onların qisasını almaq üçün bir fürsətdir.Ona görə də, bu mənim müharibəmdir, ailəm üçün, qonşularım üçün. Çünki bu müharibə indi olmasa da, bəlkə də sonradan qapımıza gələ bilər, bizim indi onu [Putini] burada dayandırmaq şansımız var,” o bildirir.

Hazırda bir çox alay döyüşçüləri hesab edir ki, Ukraynanın qələbəsi əvvəl-axır Belarusun Rusiyanın təsirindən azad olmasına gətirib çıxaracaq. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Amerikanın Səsinə bildirib ki, Ukrayna hökuməti xarici döyüşçülərin gəldiyini bilir və dəstəkləyir.

“Mən bizim ərazimizdə döyüşən gürcülərə, moldovalılara və belaruslulara minnətdaram. Hazırda Rusiya Federasiyası tərəfindən işğal olunmuş bütün ölkələrin şüurlu vətəndaşları bu mübarizədə bizə kömək edirlər. Onlar bilirlər ki, təkcə bizim deyil, həm də özlərinin azadlıqlarını seçirlər,” o deyir.

O əlavə edir ki, müharibə bitən kimi bütün bu ölkələr tamamilə Rusiyanın təsirindən azad və nəhayət aid olduqları Avropanın bir hissəsi olacaqlar.

XS
SM
MD
LG