Accessibility links

ABŞ kəşfiyyatı: Rusiyanın Vaqner Qrupu məhkumları döyüşə cəlb edir


ABŞ kəşfiyyatı: Rusiyanın Vaqner Qrupu məhkumları döyüşə cəlb edir
please wait

No media source currently available

0:00 0:03:36 0:00

ABŞ kəşfiyyatı: Rusiyanın Vaqner Qrupu məhkumları döyüşə cəlb edir

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi dekabr ayının sonunda elan edib ki, Rusiyanın Vaqner muzdlu qruplaşması təsir dairəsini genişləndirir, məhkumları cəlb edir və Şimali Koreyadan silah alır.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyir ki, Rusiyanın Vaqner birləşməsi Rusiya ordusu kimi canlı qüvvə çatışmazlığı ilə üzləşir və bu səbəbdən də məhbusları cəlb edir.

Kirbi deyir ki, Vaqner qrupunun rəhbəri Yevgeni Priqojin şəxsən Rusiya həbsxanalarına gedərək cəbhə xəttində döyüşmək üçün məhbusları cəlb edib.

“Belə görünür, cənab Priqojin rus cəsədləri Baxmutda ətçəkən maşına atmağa hazırdır. Əslində son həftələrdə döyüşlərdə minə yaxın Vaqner döyüşçüsü ölüb və biz min döyüşçüdən 90 faizinin məhkum olduğuna inanırıq,” Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyir.

Olqa Romanova Rusiya Barmaqlıqlar Arxasında adlı vətəndaş hüquqları qrupunun təsisçisidir.

“Onları ideologiya maraqlandırmır. Onlar azadlıqda maraqlı idilər. Onlar qanqster qruplarının üzvü olduqları zaman etdikləri kimi azad hərəkət etmək, həbsxana şəraitindən, nizam-intizamdan və s. azad olmaq istəyirdilər,” o deyir.

Kirbi deyir ki, Vaqner qrupunun təsiri artır. Priqojin Rusiya ordusunun generallarını Ukraynadakı strateji uğursuqları səbəbilə bir neçə dəfə açıq şəkildə tənqid edib.

Analitiklər deyir ki, Rusiyanın Müdafiə Nazirliyi Vaqner qrupunun döyüşçü yığmasına mənfi rekasiya verib.

“Vaqner Qrupu” faktiki olaraq Rusiya ordusunun hərbi hissələri ilə rəqabət aparır və onları həbsxanalardan cəlb edirlər. Siz məhbusları sərt və s. kimi görürsünüz, amma bu o demək deyil ki, onlar yaxşı hərbi hazırlığa malikdirlər. Bu, Rusiya ordusunun nə qədər zəif olduğunu göstərir,” Sülh və Azadlıq Mərkəzindən İvan Eland deyir.

ABŞ Ordusunun təqaüddə olan baş briqadiri Piter Zvak razılaşır.

“Əsas qüvvələri müvəffəq ola bilmədiyi üçün, onlara alternativ qüvvələri varsa, bu, Rusiya ordusunun nə dərəcədə pis vəziyyətdə olduğunu əks etdirir,” o deyir.

Bir çox məhbus Vaqner qrupuna qoşulmağı həbsxanadan çıxmağın yolu kimi görür.

Romanova deyir ki, onlar döyüşməyə həvəsli deyillər, bunun yerinə döyüşə cəlb olunmağa azadlığa bilet kimi baxırlar. Bununla belə bir çoxları, qrupa qoşulandan sonra qaçmağa ya da tərəf dəyişərək, Ukrayna Silahlı Qüvvələrinə qoşulmağa çalışırlar – Vaqner qrupu isə bunu xoş qarşılamır. Məsələn noyabr ayının ortalarında sızılan bir videoda Vaqner qrupunun muzdlularının Ukrayna tərəfinə keçən bir qrup üzvünü edam etmək üçün ağır çəkicdən istifadə etdiyi göstərilib.

“Bir çoxları dərhal fərar etmək ümidi ilə Vaqner qrupuna qoşulmağa razılaşıb. Buna görə də onların çoxu təslim olur, fərarilik edir – həqiqətən də çoxu. Buna görə də məhkəməsiz edamlar olur. Priqojin böyük səhvi də bundadır. O, bu edamların məhkumlara təsir göstərəcəyini və onların qaçmayacaqlarını düşünürdü, amma onlar sadəcə olaraq Vaqner Qrupuna qoşulmağı dayandırdılar,” Romanova bildirir.

Kirbi deyib ki, ABŞ kəşfiyyatı Vaqner qrupunun həm də silahlarının bəzilərini Şimali Koreyadan aldığına işarə edir. Pentaqonun məlumatına görə, Şimali Koreyadan ilk yük noyabr ayında gəlib. Kirbi əlavə edib ki, bu, BMT Təhlükəsizlik Şurası qətnamələrinin pozuntusudur.

XS
SM
MD
LG