Accessibility links

Şaxta Baba ucqar kəndlərdə

“Biz birlikdəyik” təşəbbüsü artıq bir neçə həftədir ki, Azərbaycanın bəzi ucqar kəndlərinə səfər edib, uşaqlara Yeni İl hədiyyələri verir. 30-dan çox könüllünün iştirak etdiyi bu təşəbbüsdə Yardımlı, Lənkəran, Lerik, Daşkəsən, Ucar, Şəmkir, Göyçay, Xaşmaz, Siyəzən ərazilərində yaşayan 1200-dən çox uşağa Şaxta Baba hədiyyə təqdim edib.

Təşkilatçıların bildirdiyinə görə, hədiyyələrin toplanılması və çatdırılmasında yüzlərlə şəxsin ianəsi, eyni zamanda məktəblər, şirkətlər, kafelər və səfirliklər də daxil olmaqla ölkə ərazisində fəaliyyət göstərən müxtəlif qurumların köməyi olub.

Təşkilatçılar əlavə edirlər ki, hədiyyələrə uşaqların inkişafına töhfə verəcək və onların yaşlarına uyğun oyuncaqlar və kitablar, eyni zamanda ucraq kəndlərdə əldə edilməsi çətin olan əşyalar daxildir.

Bu, “Biz birlikdəyik” təşəbbüsünün ilk işi deyil. Keçən il, könüllülər Qarabağ zonasına yaxın ərazilərdəki uşaqlara Yeni İl hədiyyələri təqdim etmişdilər.


XS
SM
MD
LG