Accessibility links

Azərbaycanın müdafiə naziri bir neçə hərbi hissənin döyüş hazırlığını yoxlayıb


Müdafiə naziri Zakir Həsənov bir neçə hərbi hissənin döyüş hazırlığında (foto :Müdafiə Nazirliyi)
Müdafiə naziri Zakir Həsənov bir neçə hərbi hissənin döyüş hazırlığında (foto :Müdafiə Nazirliyi)

Yanvarın 2-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunların tank və artilleriya hərbi hissələrində olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumatda qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən, hərbi hissələrin silahlanmasında olan tank və artilleriya qurğularına baxış keçirilib, döyüş heyətlərinin nəzəri və praktiki bilikləri, habelə döyüş hazırlığı yoxlanılıb.

General-polkovnik Z.Həsənov hərbi hissənin simulyasiya mərkəzinin tədris-maddi bazası ilə tanış olub, müvafiq göstərişlər verib.

Sonra Müdafiə naziri və nazirliyin digər rəhbər heyəti Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) hərbi hissəsinə gəlib.

PUA-lara baxış keçirən müdafiə naziri onların texniki vəziyyəti ilə maraqlanıb, heyətlərin hazırlıq səviyyəsini yoxlayıb.

Nazir yeni tədris dövründə təlimlərin daha səmərəli keçirilməsi, hərbi qulluqçuların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması ilə bağlı vəzifəli şəxslər qarşısında müvafiq tapşırıqlar qoyub.

XS
SM
MD
LG