Accessibility links

Ned Prays: Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firəvan və dinc gələcəyin təşviq edilməsinə sadiqik


"Biz Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firəvan və dinc gələcəyin təşviq edilməsinə sadiqliyimizi davam etdiririk".

Bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays yanvarın 3-də keçirilən ənənvi brifinqdə Turan agentliyinin müxbirinin sualına cavabda bildirib.

Onun sözlərinə görə, ABŞ, Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu asanlaşdırmaq üçün Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla və ATƏT kimi beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələri davam etdirir.

O, xatırladıb ki, dövlət katibi Blinken Ermənistanlı və Azərbaycanlı həmkarlarını bir neçə dəfə Vaşinqtonda və Nyu-Yorkda bir araya gətirib.

"Bildiyiniz kimi, bir neçə dəfə dövlət katibinin özünün Ermənistan və Azərbaycandan olan tərəfdaşlarını, həmkarlarını bir araya gətirmək imkanı olub.

Təhlükəsiz sabit, demokratik, firavan və dinc Cənubi Qafqaz regionu ilə bağlı vizyona doğru irəliləmək üçün bizə görə ən yaxşı perspektivlərə malik olan addımları atmağa davam edəcəyik. Biz, əlbəttə ki, tərəflərin özlərinin irəliləyiş əldə etməsini istəyirik. Bu məsələnin hərtərəfli həllinin necə olduğunu izah etmək bizə düşməz. Bu, tərəflərin özlərinin görəcəyi çətin bir işdir," Ned Prays əlavə edib.

Dekabrın 12-dən başlayaraq Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhərinin ətrafında Rusiya sülhməramlılarının postu qarşısında davamlı etiraz aksiyası keçirir. Onlar Qarabağda aparılan faydalı qazıntı işlərinin ətraf mühitə ziyan vurdğunu iddia edir və ərazidə monitorinq aparılmasını tələb edirlər.

Ermənistan Laçın dəhlizinin bağlanması kimi qiymətləndirdiyi aksiyanın arxasında Azərbaycan hökumətinin durduğunu və nəticədə Qarabağda yaşayan ermənilərin blokadaya salındığını və humanitar böhranın yaşandığını bildirir.

Rəsmi Bakı yolun bağlanmadığını, humanitar və təcili tibbi yardım maşınlarının keçidinə imkan yaradıldığını bildirir.

Laçın yolunda gərginliklər 2022-ci ilin sentyabr ayında rusiyalı milyarder biznesmen Ruben Vardanyanın Qarabağa gəlişi, və noyabrda Prezident İlham Əliyevin Vardanyanla Qarabağ ermənilərinin təmsilçisi qismində danışqılar aparmaq ideyasını rədd etməsindən sonraya təsadüf edir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG