Accessibility links

Təbrizdə həbsdə olan Nazənin Kiyanbəxtin səhhəti yaxşı deyil


Nazənin Kiyanbəxt
Nazənin Kiyanbəxt

Bir aydan artıqdır Təbrizdə həbsdə saxlanılan gənc tələbə Nazənin Kiyanbəxtin sağlıq vəziyyətinin ağır olduğu bildirilir.

Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Təbrizin İslami İncəsənət Universitetin tələbəsi noyabr ayının son günlərində Təbrizdəki evində nəzarət altına alınıb. O, hazırda Təbrizin mərkəzi həbsxanasında saxlanılır.

İran tələbələr birliyi şuralarının Telegram kanalında yazılanlara istinadən, Nazənin Kiyanbəxt ürək xəstəliyindən əziyyət çəkir və saxlanıldığı ilk günlərdə infakt keçirib.

Nikbəxt ailəsinin övladının mülki zəmanət qarşılığında sərbəst buraxılması və həbsxana xaricində müalicə edilməsi üçün müraciəti məhkəmə tərəfindən rədd edilib.

Yayılan xəbərlərə görə, məhkəmə məhbusun vəziyyəti ilə əlaqədar mütəxəssis həkim və tibbi ekspertiza tərəfindən yazılan məktublara da məhəl qoymayıb.

Keçən sentyabr ayından bəri İranda davam edən geniş etirazlarda hüquq müdafiəçiləri İran Azərbaycanı daxil olmaqla, ölkənin müxtəlif vilayətlərində yüzlərlə etirazçının öldürüldüyü və minlərlə vətəndaşın həbs edildiyini bildirirlər.

Ölkənin müxtəlif bölgələrində öldürülən və həbs edilənlər arasında çox sayda gənc qadın və qızların adları görünür.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrailin baş naziri müharibə kabinetini buraxıb
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG