Accessibility links

İsrail fələstinli məhbusu 40 illik həbsdən sonra azad edib


İsraildə uzun müddət həbsdə olan fələstinli məhbuslardan biri İsrail əsgərini oğurlayıb öldürdüyü üçün 40 illik həbs cəzasını başa vurduqdan sonra cümə axşamı azadlığa çıxıb.

Kərim Yunisi ölkənin şimalındakı Ara kəndinə çatanda yüzlərlə tərəfdarı qarşılayıb. "40 il hekayələrlə, məhbusların hekayələri ilə dolu idi və hər bir hekayə bir millətin hekayəsidir" - deyə, Yunis bildirib.

"Fələstin uğrunda fədakarlıq edənlərdən biri olmaqdan çox qürur duyuram və biz Fələstin davası uğrunda daha çox fədakarlığa hazırıq" , o əlavə edib.

Yunis 1983-cü ildə İsrailin işğal etdiyi Qolan təpələrində əsgər Avraham Bromberqi öldürməkdə təqsirli bilinib. Azad olunmazdan əvvəl İsrailin daxili işlər naziri Aryeh Deri yazdığı məktubda Yunisin vətəndaşlığından məhrum edilməli olduğunu və bu addımın "terror aktlarının simvoluna çevrilənlər üçün mühüm mesaj" olacağını bildirib.

Cümə axşamı Fələstin rəsmiləri bildiriblər ki, İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində bir fələstinli yeniyetməni güllələyib.

İsrail ordusu iki nəfəri həbs etmək üçün keçirilən əməliyyat zamanı silahlı şəxslərin onlara atəş açmasından sonra əsgərlərin cavab atəşi açdığını bildirib.

XS
SM
MD
LG