Accessibility links

Almaniya yaza qədər Ukraynaya 40 zirehli maşın göndərəcək


Hökumət sözçüsü bildirib ki, Almaniya ABŞ-la razılaşdırılmış yeni dəstək mərhələsi çərçivəsində bir neçə həftə müddətində Ukraynaya təxminən 40 Marder piyada döyüş maşını göndərəcək.

ABŞ prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şolz cümə axşamı bildiriblər ki, hər iki ölkə Ukraynaya Rusiyanın işğalını dəf etmək üçün güclü silahlı piyada döyüş maşınları göndərəcək.

Birləşmiş Ştatlar adətən 25 mm-lik avtomatik top, 7,62 mm-lik pulemyot və tank əleyhinə raketlərlə təchiz edilən Bradley-lər, Almaniya isə Marders göndərəcək.

Cümə günü Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit təxminən 40 Marderin göndəriləcəyini və ya bir batalyonu təchiz etmək üçün kifayət qədər olduğunu söylədi.

"Bu 40 maşın birinci rübdə hazır olmalıdır ki, sonradan Ukraynaya təhvil verilsin" deyən Steffen Hebestreit bildirib ki, Ukrayna əsgərlərinin maşınlardan istifadə etməsi üçün Almaniyada təlim keçiriləcək.

Ukrayna uzun müddətdir ki, hücuma keçməyə imkan verəcək daha ağır silahlar, o cümlədən tanklar əldə etməyə çalışır. Qərb dövlətləri isə müharibəyə cəlb olunmaq və ya Rusiyanı təhrik etmək qorxusunu əsas gətirərək onları göndərməkdən çəkinir.

Bununla belə, Ukrayana qüvvələri döyüşlərdə gözləndiyindən daha çox üstünlük əldə etdikdən sonra Qərb dövlətləri təmin edilən silahların çeşidini genişləndirir.

ABŞ-Almaniya elanından bir gün əvvəl isə Fransa AMX-10 RC yüngül tanklarını göndərərciyini vəd edib.

Almaniya, həmçinin bildirib ki, Ukraynaya ən müasir "Patriot" raketdən müdafiə sistemi göndərməklə ABŞ-a qoşulacaq.

XS
SM
MD
LG