Accessibility links

Birləşmiş Krallıq: Rusiya Ukraynanın növbəti hərbi addımları ilə bağlı dilemma ilə üzləşib


Britaniya müdafiə nazirliyinin 8 yanvar tarixində Rusiyanın Ukraynanın işğalı ilə bağlı ictimaiyyətə gündəlik açıqladığı kəşfiyyat məlumatında Rusiyanın döyüş meydanında Ukraynanın növbəti addımlarının nə olacağı ilə bağlı qərarsız olduğu bildirilir.

Twitter-də paylaşılan məlumatda nazirlik bildirir: “Rusiyanın müdafiənin gücləndirilməsində attıqları addımlara nəzər salanda hərbi rəhbərliyin Ukraynanın potensial hücumu ilə bağlı diqqətinin iki istiqamət üzrə yönəldiyinə işarə edir: Şimalda Luhansk və ya Zaporojjya. Zaporojjya istiqamətində Ukraynanın əhəmiyyətli irəliləyişi Rusiyanın Rostov vilayəti ilə Krım yarımadasını birləşdirən körpü üçün ciddi çətinliklər yarada bilər. Ukraynanın Luhansk istiqaməti üzrə uğuru isə Donbas ərazisini “azad etmək” məqsədi ilə başlatdığı müharibədə Rusiyanı sarsıda bilər.“

Məlumatda əlavə edilir ki, “bu təhlükələrdən hansına daha çox diqqət ayırmaq Rusiya əməliyyat planlaşdırıcılarının əsas dilemmasıdır.”

Rusiya prezidenti Vladimir Putinin elan etdiyi 36 saatlıq arəşkəsə baxmayaraq, yanvarın 7-də Ukraynanın şərqindəki Baxmut şəhəri artilleriya hücumuna məruz qalıb.

Artilleriya atəşləri səsləri Baxmutda toqquşma xəttinin hər iki tərəfində eşidilib. Rusiya Kramatorsk şəhəri istiqamətidə irəliləmək üçün Baxmut ərazisinə əhəmiyyətli hərbi güc cəmləşdirib. Bir vaxtlar 70 min insanın yaşadığı bu şəhər hal-hazırda demək olar ki, tərk edilib.

XS
SM
MD
LG