Mədinə nənənin təndir sənəti
Mədinə nənənin 33 yaşı olanda əvvəl həyat yoldaşını, sonra isə atasını itirir. Ailəni saxlamaq üçün işləmək lazım idi. Amma işsizlik onu təndir hazırlamağa məcbur edir. Yavaş-yavaş təndir hazırlayıb, satmaqla məşğul olur. Onun təndirləri Rusiya, Ukrayna, Moldova və s kimi ölkələrə kimi gedib çıxır.
![Qubanın mərkəzindən təxminən 17 kilometr aralıqda yerləşən İspik kəndində işsizlik birinci yerdədir. Kənd sakinləri üçün iş olmadığından insanlar rayon mərkəzinə yaxud ətraf rayonlara gedirlər. Gənclərin əksəriyyəti isə iş üçün Bakıya üz tutur. (22 iyul, 2022)](https://gdb.voanews.com/022a0000-0aff-0242-e2b2-08daf19597cc_w1024_q10_s.jpg)
1
Qubanın mərkəzindən təxminən 17 kilometr aralıqda yerləşən İspik kəndində işsizlik birinci yerdədir. Kənd sakinləri üçün iş olmadığından insanlar rayon mərkəzinə yaxud ətraf rayonlara gedirlər. Gənclərin əksəriyyəti isə iş üçün Bakıya üz tutur. (22 iyul, 2022)
![Yaşlı sakinlər də özləri üçün kiçik təsərrüfat qurub, öz gün-güzəranlarını idarə edirlər. Kənddə yalnız bir avtobus fəaliyyət gösətir. O da səhər 7-də kənddən çıxıb, axşam 5-də geri dönür. Kənddə yaşayan insanlar avtobusa çata bilməyəndə, adam başı 5-10 manat arası ödəniş edib, fərdi maşınlarla şəhər mərkəzinə gedirlər. (22 iyul, 2022)](https://gdb.voanews.com/03370000-0aff-0242-6764-08daf19597cd_w1024_q10_s.jpg)
2
Yaşlı sakinlər də özləri üçün kiçik təsərrüfat qurub, öz gün-güzəranlarını idarə edirlər. Kənddə yalnız bir avtobus fəaliyyət gösətir. O da səhər 7-də kənddən çıxıb, axşam 5-də geri dönür. Kənddə yaşayan insanlar avtobusa çata bilməyəndə, adam başı 5-10 manat arası ödəniş edib, fərdi maşınlarla şəhər mərkəzinə gedirlər. (22 iyul, 2022)
![İspik kəndində fərdi təsərrüfatı olmayan Mədinə Xıdırova isə çörək bişirmək üçün istifadə edilən təndir və xərək hazırlamaqla məşğul olub. 1936-cı ildə anadan olan Mədinə nənəni Qubada hər kəs “Təndirçi nənə” kimi tanıyır. (31 iyul, 2016)](https://gdb.voanews.com/09410000-0a00-0242-5163-08daf195a06b_w1024_q10_s.jpg)
3
İspik kəndində fərdi təsərrüfatı olmayan Mədinə Xıdırova isə çörək bişirmək üçün istifadə edilən təndir və xərək hazırlamaqla məşğul olub. 1936-cı ildə anadan olan Mədinə nənəni Qubada hər kəs “Təndirçi nənə” kimi tanıyır. (31 iyul, 2016)
![Mədinə nənənin 33 yaşı olanda əvvəl həyat yoldaşını, daha sonra atasını itirəndən sonra evin bütün yükü onun üzərinə düşür. Ailəni saxlamaq üçün işləmək lazım idi. (31 iyul, 2016)](https://gdb.voanews.com/09410000-0a00-0242-bf72-08daf19597cd_w1024_q10_s.jpg)
4
Mədinə nənənin 33 yaşı olanda əvvəl həyat yoldaşını, daha sonra atasını itirəndən sonra evin bütün yükü onun üzərinə düşür. Ailəni saxlamaq üçün işləmək lazım idi. (31 iyul, 2016)