Accessibility links

BMT Talibanı qadınlara qarşı "təhlükəli kampaniyaya" son qoymağa çağırıb


Birləşmiş Millətlər Təşkilatının rəsmiləri və yardım təşkilatı ölkənin islamçı rəhbərlərinə qadınları ictimai həyatdan kənarlaşdırmaq üçün "təhlükəli kampaniya"ya son qoymaqla bağlı çağırışlar fonunda Əfqanıstanda Talibanla görüşüb.

Görüşlər BMT-nin ictimaiyyətlə əlaqələr üzrə baş direktoru Melissa Fleminqin son açıqlamalatında "ölkənin faktiki hakimiyyət orqanlarının qadınları ictimai həyatdan tədricən silmək və onların töhfələrini inkar etmək üçün apardığı sistematik kampaniyanın özünə zərər vermə aktıdır" dediyi vaxta təsadüf edir.

Fleminqin açıqlamaları BMT-nin Əfqanıstandakı nümayəndəsi Markus Potzelin paytaxt Kabildə Taliban nazirləri ilə görüşlər keçirərək, onları ölkədəki ağır humanitar şəraiti əsas gətirərək qadınların təhsilinə qoyulan qadağaları aradan qaldırmağa və yardım qrupları üçün işləməyə çağıradığı vaxt səslənib.

Potzel son görüşünü bazar günü Talibanın İslam versiyasını şərh və tətbiq etmək tapşırığı verilən xeyirxahlığın təbliği və nöqsanların qarşısını almaq üzrə naziri ilə keçirib.

Potzelin ofisi Məhəmməd Xalid Hənəfiyə deyib ki, "Taliban tərəfindən qadınlara qarşı son ayrı-seçkilik qadağaları əfqanlara həyati mahiyyət daşıyan yardımın çatmasına mane olur və [Əfqanıstan iqtisadiyyatına] zərbə vurur".

Keçən ay Taliban əfqan qadın işçilərin milli və beynəlxalq qeyri-hökumət təşkilatlarında (QHT-lərdə) işləməsini qadağan edərək, onların rəsmi göstərişlərə uyğun olaraq İslam hicabını taxmadıqlarını bildirib.

BMT rəsmiləri deyirlər ki, bu addım milyonlarla insanın təcili yardıma ehtiyacı olduğu bir ölkədə bir çox humanitar proqramlar faktiki olaraq dayandırıb.

Potzelin Kabildə Taliban rəsmiləri ilə müzakirələri BMT Təhlükəsizlik Şurasının ölkədə əfqan humanitar yardım işçilərinə qoyulan qadağanı müzakirə etmək üçün yanvarın 13-də təkbətək iclas keçirməyə hazırlaşdığı vaxta təsadüf edir.

Bu arada, Norveç Qaçqınlar Şurasının (NRC) baş katibi qadın QHT işçilərinə qoyulan qadağann ləğvi məqsədi ilə Taliban hakimiyyəti ilə danışıqlar aparmaq üçün bazar günü Əfqanıstanın paytaxtına gedib. Jan Egeland direktiv dekabrın 24-də qüvvəyə mindikdən sonra ölkəyə səfər edən ilk böyük xeyriyyə təşkilatının rəhbəridir.

Norveçin yardım rəhbəri vurğulayıb ki, onun təşkilatı "geyim, səyahət və iş yeri ilə bağlı bütün ənənəvi əfqan dəyərlərinə" hörmət edir. O, NRC-nin 469 qadın həmkarının 700 000 əfqana, xüsusən də mədəni həssaslıqlar fonunda qadınlara verdiyi yardım üçün "vacib olduğunu" bildirib.

"Bizə bütün işçilərlə işi bərpa etməyə icazə verilməlidir, əks halda həyatlar itiriləcək" - deyə, Egeland xəbərdarlıq edib.

NRC son bir il ərzində Əfqanıstanda su, kanalizasiya, sığınacaq və təhsil sahələrində təxminən 850 000 insana yardım göstərib.

Taliban 2021-ci ilin avqustunda hakimiyyətə qayıtdıqdan sonra qadınların həyatına köklü məhdudiyyətlər tətbiq edib, onların bir çox iş yerlərində, universitet və orta məktəbdə oxumalarına qadağa qoyub.

Qadınların ictimai parklara, idman zallarına və hamam obyektlərinə getməsinə icazə verilmir və onlar ictimai yerlərdə üzlərini örtməlidir.

BMT-dən Fleminq deyib: "Heç bir ölkə öz əhalisinin yarısını cəmiyyətdən kənarlaşdıra bilməz. Qadınlar və qızlar Əfqanıstanın gələcəyi üçün çox vacibdir".

Taliban onların idarəçiliyi və siyasətləri ilə bağlı tənqidləri rədd edərək, bu addımların əfqan mədəniyyətinə və İslam qanunlarına və ya şəriətə tam uyğun olduğunu bildirib.

XS
SM
MD
LG