Accessibility links

Aclıq aksiyası keçirən Tofiq Yaqublunun xəstəxanaya yerləşdirildiyi bildirilir


İnzibati həbsdə olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu yanvarın 11-i Əjdər Məlikov adına 6 saylı xəstəxanaya yerləşdirilib. Bu barədə məlumatı Tofiq Yaqublunun qızı Nigar Həzi verib.

Tofiq Yaqublu yanvarın 5-dən saxlanma şəraitinə etiraz olaraq aclıq aksiyasına başlayıb. Siyasətçinin məntəqədəki qidaların keyfiyyətsizliyinə və sovqatların qəbul edilməməsinə etiraz olaraq aclığa aksiyasına başladığı bildirilir.

Siyasətçinin xəstəxanaya yerləşdirilməsindən bir neçə saat öncə həkim Adil Qeybulla və vəkil Nemət Kərimli onu ziyarət ediblər.

Tofiq Yaqublunu müayinə edən həkim Adil Qeybulla Amerikanın Səsinə müsahibəsində Tofiq Yaqublunun xəstəxanaya köçürülməsi məsələsi ilə bağlı prosedurların aparıldığını bildirmişdi:

"Aclıq aksiyası edir, daha əvvəl əməliyyat olunduğu üçün də zəifləyib, həm də yaşı da var. Təzyiqi düşüb və başgicəllənmələri var, özünü halsız hiss edir. Onun xəstəxanaya köçürülməsi məsələsi nəzərdən keçirilir".

Həkim Adil Qeybulla və vəkil Nemət Kərimli.
Həkim Adil Qeybulla və vəkil Nemət Kərimli.

Tofiq Yaqublunun vəkili Nemət Kərimli qeyd edib ki, onun vəziyyəti srağagünkü görüşdən daha da pisləşib və o, çəki itirib.

"Sistem köçürməkdən qəti şəkildə imtina elədi. Onu deyə bilərəm ki, bundan qabaqkı aclıq aksiyasında Tofiq Yaqublunun bu qədər zəiflədiyini görməmişdim", deyə vəkil bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, məntəqədəki yeməklərin keyfiyyəti ilə bağlı iddialar "şəxsi mülahizə"dir və saxlanılan şəxslərin qida təminatı qanunla müəyyənləşdirilmiş hüquqi normativə əsaslanır.

Tofiq Yaqublu dekabrın 23-də insan haqları fəalı Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq keçirilmiş aksiyada saxlanılıb və Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alıb. Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib. Yaqublu "Bəxtiyar Hacıyevə azadlıq" tələbi ilə keçirilən aksiyadan sonra həbs olunan yeganə şəxsdir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG